ABŞ-ın dövlət borcu rekord həddə çatdı
“Moody’s” reytinqi endirdi
16:09 | 4 aprel 2025 | Cümə
Məqaləyə 226 dəfə baxılıb
Şriftin ölçüsü
“Moody’s” reytinqi endirdi
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
Tramp deyib ki, ölkələrdən konkret olaraq böyük jestlər və təkliflər gözləyirəm. Uyğun sövdələşmələr olarsa, həmin ölkəyə qoyulan tarif ləğv olunar.
Mesajı budur ki, 1.8 trilyon dollarlıq büdcə, 1.2 trilyon dollarlıq ticarət kəsirləri, hər il trilyon dollarla artan 36.6 trilyon dollarlıq borc məsələlərini həll etmək üçün ABŞ-nin ciddi köməyə ehtiyacı var. Hansı ölkə hansı köməyi, hansı resurslarını, hansı investisiyaları təklif edir?
ABŞ-də vəziyyətin görünəndən də kritik olduğu aşkardır ki, dövlət bu addımları atmağa məcbur olur. Əslində Ukraynaya 500 milyard dollarlıq nadir torpaq elementləri ilə bağlı təzyiq də mesaj idi ki, ABŞ-nin hər bir dövlətə indiyə qədər etdiyi kömək və investisiyaların əvəzini versin. Xüsusilə, Avropaya 1945-ci ildən sonrakı Marşal planını da mətbuat katibi vasitəsilə xatırlatmışdı.
Onu da qeyd edim ki, tətbiq olunan tariflər yalnız proteksionist siyasət kimi təhlil oluna bilməz. Əslində proteksionist siyasət belə olmur və protesksionist siyasət baxımından hətta yanlış addımdır. Çünki, proteksionist siyasət seçmə olur, bu şəkildə kütləvi olmur. Xammal, faydalı resurslara tətbiq olunmur. Çünki, bununla ABŞ həm də istehsalın maliyyətini artırır, rentabelliliyi azaldır!
Son 3 ay ərzində demək olar ki, bütün proqnozlar doğru çıxır. Neftin qiyməti də sürətlə enməyə başladı. Deməli ABŞ-nin bu tarif siyasəti kaprizdən deyil, zərurətdən doğan addım imiş ki, sözünə baxmayan dünyanı yeni və böyük həcmli qlobal böhranla üzləşdirib masaya oturtsun! Amma, kimin bu böhrandan necə çıxacağı da sual altındadır!
Keçən il yazdığım bir yazıda qeyd etmişdim ki, dünya tarixində ilk dəfə yeni bir düzəni qlobal müharibəsiz formalaşdırmağa cəhd edirlər! Lakin, görünən odur ki, 1929-1933-cü il böhranının nəticələrini iqtisadi addımlarla aradan qaldıra bilməyən ABŞ bunu II Dünya Müharibəsindən istifadə edərək həll etdi və hətta özü dünyanın bir nömrəli gücünə, valyutası qlobal valyutaya çevrildi, sistem də onun istədiyi petrodollar sistemi oldu. İndi müharibəsiz yeni düzən alınmır. Regional müharibələr kifayət etmir. Nüvə silahı səbəbindən baş tutmayan qlobal müharibələri qlobal böhran əvəz edə biləcək?
Bir də.. tez-tez soruşurlar ki, Avropa və ABŞ-nin Qafqaza marağı niyə artıb? Cavab genişdir, lakin sadədir. Qısa qeyd edəcəm. Son 500 il ərzində yeni düzənin formalaşması Avropadan başlayıb. İndi isə bu düzən Yaxın Şərq və regionumuzdan formalaşmağa başlayıb. Qafqaz, Türkiyə, Suriya, Yaxın Şərq...
Dünyanın istisnasız olaraq demək olar ki, hər bir ölkəsi ən çətin dövrə qədəm qoyur. Açığı əslində 2025-ci ilin ən təlatümlü illərin başlanğıcı olacağı gözlənilirdi. Dünən artıq Makron Avropanı ABŞ-yə investisiya qoyuluşlarını saxlamağa çağırdı. Beləliklə, ABŞ tərəfindən elan olunan ticarət müharibəsi iqtisadi müharibəyə keçir. Belə bir gedişatda isə hər bir ölkə iqtisadi siyasətinə vaxt itirmədən yenidən baxmağa məcburdur!