Neft bahalaşır
“Brent” 100 dollara yaxınlaşdı
14:42 | 20 oktyabr 2025 | Bazar ertəsi
Məqaləyə 866 dəfə baxılıb
Şriftin ölçüsü
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Kubanın turizm sektoru çökmə həddində
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Pentaqondan “SpaceX”ə milyardlarla dollarlıq hərbi müqavilə
ABŞ-nin Kuba blokadası dərinləşir – adada işıq, yanacaq və ərzaq böhranı
ABŞ Prezidenti Donald Tramp, Çin hökumətindən üç əsas məsələ – nadir torpaq elementlərinə qlobal nəzarətdən imtina, fentanil ixracının dayandırılması və soya paxlası idxalının bərpası üzrə geri addım atmağı tələb edib.
Floridadan Vaşinqtona qayıdarkən çıxış edən Tramp bildirib ki, “Çinin bizimlə nadir torpaq elementləri üzərindən oyun oynamasını istəmirik”. Pekinin bu sahədə qlobal nəzarət tətbiq edəcəyini açıqlamasına cavab olaraq, ABŞ lideri Çin məhsullarına 100 faiz gömrük rüsumu tətbiq olunacağını elan edib.
Tramp həmçinin Çinin ölümcül narkotik maddə fentanilin ixracına nəzarət etmədiyini, bunun da ABŞ-da böhranı dərinləşdirdiyini vurğulayıb. Onun sözlərinə görə, bu tələblər “tamamilə normal və ədalətli”dir.
Ticarət gərginliyi və qarşılıqlı addımlar
ABŞ Maliyyə naziri Skott Bessent, bu həftə sonu ABŞ və Çin nümayəndələrinin Malayziyada görüşəcəyini açıqlayıb. Görüşün, Trampın Çin Baş nazirinin müavini ilə keçirdiyi “konstruktiv danışıqlardan” sonra baş tutacağı bildirilir.
Tramp Pekinin nadir torpaq elementlərinə qlobal nəzarət planına sərt reaksiya göstərərək, Si Cinpinqlə planlaşdırılan görüşü təxirə sala biləcəyini deyib. O, əlavə gömrük rüsumlarının noyabrın 1-də qüvvəyə minəcəyini bəyan edib. Çin isə cavab olaraq öz ixrac məhdudiyyətlərini sərtləşdirib.
Tramp Si ilə yaxşı münasibətləri olduğunu desə də, “razılaşmanın yalnız ədalətli olacağı halda mümkündür” mesajını verib.
Soya və fentanil məsələsi
Ticarət mübahisəsində soya paxlası, Pekin üçün əsas təzyiq vasitəsinə çevrilib. Çin ötən il ABŞ-dan 12,6 milyard dollarlıq soya almış, bu il isə idxalı tamamilə dayandıraraq Cənubi Amerikaya yönəlmişdi.
Tramp fevralda qanunsuz fentanil idxalı səbəbilə Çin məhsullarına 20 faiz rüsum tətbiq etmişdi. Çin isə iyunda bu maddənin istehsalında istifadə olunan kimyəvi komponentlərin ixracını məhdudlaşdırıb.
Pekin, “narkotik böhranının məsuliyyəti ABŞ-ın öz üzərinə düşür” mövqeyini qoruyur. Çin Xarici İşlər Nazirliyi isə bildirib ki, ticarət müharibəsi heç kimin xeyrinə deyil və tərəflər “qarşılıqlı hörmət və bərabərlik” prinsipi ilə danışıqları davam etdirməlidir.
Ekspertlərə görə, Çin nadir torpaq elementləri üzrə ixrac məhdudiyyətlərinin qlobal ticarət axınlarını pozmayacağını israrla vurğulasa da, bu məsələ ABŞ–Çin münasibətlərində yeni bir gərginlik mərhələsinin başlanğıcı ola bilər.