vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 1 iyun 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AKTUAL  
Abşeron qazı ilə bağlı saziş 14:47 | 1 iyun 2026 | Bazar ertəsi Məqaləyə 14 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Abşeron qazı ilə bağlı saziş

SOCAR, “TotalEnergies”, ADNOC və BOTAŞ Bakı Enerji Həftəsində birgə sənəd imzaladı

XALİDƏ, VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “TotalEnergies”, “ADNOC International” və BOTAŞ Azərbaycanın Abşeron yatağında hasil ediləcək təbii qazın alqı-satqısına dair müqavilə imzalayıblar.

VAXT.AZ “İnvesting”ə istinadən xəbər verir ki, saziş Bakı Enerji Həftəsi çərçivəsində imzalanıb. Sənədə SOCAR-ın prezidenti Rövşən Nəcəf, BOTAŞ-ın prezidenti və baş icraçı direktoru Əbdülvahid Fidan, “TotalEnergies”in Avropa üzrə kəşfiyyat və hasilat fəaliyyətlərinə cavabdeh baş vitse-prezidenti Martino Panizzi və XRG-nin Beynəlxalq Qaz üzrə prezidenti Məhəmməd Əl Aryani imza atıblar.

Məlumata görə, Abşeron qaz yatağı layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarının 2026-cı ildə qəbul olunacağı gözlənilir. Layihə çərçivəsində illik qaz hasilatının 2029-cu ildə başlanacağı və 4 milyard kubmetrdən çox olacağı proqnozlaşdırılır.

SOCAR nümayəndəsinin sözlərinə görə, hasil ediləcək qazın təxminən yarısı bu müqavilə çərçivəsində Türkiyə bazarına nəql ediləcək.

Abşeron Azərbaycanın ən iri qaz-kondensat yataqlarından biri hesab olunur. Layihənin ikinci mərhələsinin həyata keçirilməsi ölkənin qaz ixrac imkanlarını artırmaqla yanaşı, regionun enerji təhlükəsizliyinin gücləndirilməsinə də töhfə verəcək.

Bakı Enerji Həftəsi çərçivəsində imzalanan bu saziş Azərbaycan-Türkiyə enerji əməkdaşlığının genişləndirilməsi və Avropanın enerji təchizatının şaxələndirilməsi istiqamətində növbəti addım kimi qiymətləndirilir.