
Bu il sənaye istehsalı niyə azalıb?
Qeyri neft sektorundakı artım, qara-qızıldakı itkidən iki dəfədən çoxdur
Qeyri neft sektorundakı artım, qara-qızıldakı itkidən iki dəfədən çoxdur
Somali prezidentinin Azərbaycan səfərində neft-qaz müzakirələri
SOCAR-a qarşı çirkin kampaniya – Ukrayna hakimiyyəti niyə susur?
Qış belə davam edərsə tələbatlar minimuma düşəcək
Azərbaycan Avropada mövqeyini möhkəmləndirir
2022-ci ilin I yarısında ötən illə müqayisədə 15,1 çoxdur
Azərbaycanın ən böyük şirkətinin yarım illik mənfəəti ötən ilkinin üçdə ikisi qədərdir
Şirkətin təkcə 3 quruma borcu 1 milyarddan çoxdur
Bu ölkəyə İnvestisiya yatıran şirkətlər arasında SOCAR liderdir
Rövşən Nəcəf: “Biz daha çox rəqəmsal şirkət olmaq üçün çalışırıq”
27 412 962 manat
Qaz qiymətlərindən başqa istehsal da artıb
Ekspert Rövnəq Abdullayevin SOCAR-da yaratdığı qohumbazlığa etiraz etdi
Onun vəzifələrini SOCAR-a birinci vitse-prezidenti təyin edilən Rövşən Nəcəf icra edəcək
SOCAR: “İşlər dayandırılıb və məhdudlaşdırılıb”
SOCAR və BP şirkətlərinin birgə açıqladıqları məlumata görə, ötən şənbə günü SOCAR rəhbərliyi “Şahdəniz”dəki “Bravo” platformasına yerində baxış keçirmək, fəaliyyəti ilə yaxından tanış olmaq, mövcud və perspektiv imkanları müzakirə etmək üçün buraya səfər ediblər.
Məlumatda “Şahdəniz-2” layihəsi üzrə əldə edilən nailiyyətlər, statistika və perspektivdə olacaq hansısa hadisələrlə bağlı əlavə nəsə yoxdur.
Bəs “Şahdəniz” hansı sirləri var?
1. “Şahdəniz” yatağı Bakıdan cənub-şərqdə 70 km məsafədə yerləşir, dənizin dərinliyi 50 metrdən 600 mmetrə qədər dəyişir.
2. Onun 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatı var. 1 noyabr 2022-ci ilə “Şahdəniz”dən 178,2 milyard kubmetr qaz hasil edilib və onun 124,3 milyard kubmetri ixraca yönəldilib.
3. İndiyə qədər “Şahdəniz” yatağından hasil edilən qazın 53,9 milyard kubmetri və ya 30,25%-i Azərbaycanın daxili bazarında satılıb.
4. “Şahdəniz-2” layihəsi çərçivəsində hasilat Xəzərdə ilk dəfə olaraq buruqdan həyata keçirilmir (platformada buruq yoxdur). Hasilat dənizin 500 metrdən çox dərinliyində 5 manifolddan, yəni sualtı robotlaşdırılmış hasilat qurğuları ilə baş tutur.
5. “Şahdəniz”də laylar çox dərində yerləşir – təsəvvür edin ki, 7301 metr dərinlikdə quyu qazılıb. Ona görə də lay təzyiqləri çox yüksəkdir.
6. “Şahdəniz-2” layihəsi zamanı yeni çəkilən sualtı boruların uzunluğu 500 km-dən artıq olub (yəni Xəzərin ən dar hissəsində boruları 2 dəfə dənizin “belinə bağlamaq” olardı).
7. 2022-ci ilin III rübündən “Bravo” platformasında hasil edilən qazın həcmi “Alfa” platformasındakı (Şahdəniz-1) həcmləri ötüb.
8. 2023-cü ildə BP və partnyorları yataqda “Şahdəniz-3” layihəsinin qiymətləndirilməsi məqsədi ilə quyu qazılmasını nəzərdə tuturlar.