SEPAH-a ərəb zərbəsi
Körfəz ölkələrindən İrana və onun regional terror təşkilatlarına qarşı üç sərt addım
14:40 | 23 oktyabr 2025 | Cümə axşamı
Məqaləyə 5543 dəfə baxılıb
Şriftin ölçüsü
Körfəz ölkələrindən İrana və onun regional terror təşkilatlarına qarşı üç sərt addım
“Yox” demirlər, amma nəticə də yoxdur
Gizli əməliyyat Tehranın hücumlarına cavab xarakteri daşıyıb
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
“Hizbullah”la əlaqədə şübhəli bilinən 21 şəxs və qurum sanksiya siyahısına salındı
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Tramp: “İstənilən halda buna nail olacağıq”
Hörmüz gərginliyi davam edərkən diqqətçəkən hərəkətlilik yaşandı
ABŞ-nin sərtləşən mövqeyi əsnasında diplomatik proses gərginləşib
ABŞ və Böyük Britaniyanın qara siyahısına düşənlər arasında Çin şirkətləri də var
İrandan Avropa ölkələrinə xəbərdarlıq
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
Geri addım, Körfəz ölkələrinin vetosu və yeni dönüş
ABŞ və İran Hörmüz boğazında toqquşdu ...
Bəndər-Abbas və Keşm limanlarına hava zərbələri endirilib
İran molla rejiminin keçmiş ali təhlükəsizlik katibi və Xameneyinin siyasi müşavir Əli Şəmxaninin qızına təşkil etdiyi dəbdəbəli toy mərasimi yalnız İran adlanan ölkə daxilində deyil həm də beynəlxalq mediada da ciddi rezonans doğurub. İş elə yerə gəlib ki, hətta Çinin sosial şəbəkələrində və bəzi regional portallarda da bu görüntülər “İslam Respublikasının ikiüzlülüyü” kimi təqdim olunub və fars-molla rejiminə bağlı “elita” sinfinin “vətəndaşların yoxsulluğu içində lüks həyat yaşamalatı” sərt tənqid edilib.
Amma diqqətçəkən məqam odur ki, Rusiyanın böyük mediası – “RIA Novosti”, “TASS”, “Kommersant” və “Izvestiya” kimi Kremlə bağlı agentliklər bu xəbəri tamamilə görməməzliyə vurublar və Kremllə bağlı media səssiz qaldı.
Rusiya mediasının səssizliyi heç də təsadüfi deyil, çünki Moskva enerji satışlarında Qərbin embarqosunu Əli Şəmxaninin oğlu Hüseyn Şəmxaninin nəzarətində olan gəmilər vasitəsilə yarır və nefti dünya bazarına çıxarır.
Yəni bu səssizliyin əsas səbəbi Moskva-Tehran enerji ittifaqının gizli mexanizmləri ilə bağlıdır. Əli Şəmxaninin oğlu – Hüseyn Şəmxani – Rusiya neftinin beynəlxalq bazarlarda satışı və sanksiyaların aşılması əməliyyatlarında əsas vasitəçilərdən biridir.
Araşdırılmış məlumatlara görə, Hüseyn Şəmxani Dubay, Oman və Malayziyada qeydiyyatdan keçmiş bir neçə “offshore” şirkət vasitəsilə həm İranın, həm də Rusiyanın neft və yanacaq məhsullarını üçüncü ölkələrə satır. 2022-ci ildə Ukrayna savaşı başladıqdan sonra Qərbin Rusiyaya qarşı sanksiyaları sərtləşəndə Moskva Tehranla “sanksiyadan yan keçmə” təcrübəsini paylaşdı və bu prosesdə Hüseyn Şəmxani kimi fiqurlar ön plana çəkildi.
Onun rəhbərlik etdiyi şəbəkə “ghost fleet” adlanan gizli tanker sistemindən, yəni bayraq və marşrut dəyişikliklərindən istifadə etməklə həm İran, həm də Rusiya neftini Çin, Hindistan və Afrika bazarlarına çıxarır. Bu sistemin koordinasiyasında həm İran İnqilab Keşikçiləri Qvardiyasına (SEPAH), həm də Rusiya dövlət şirkətlərinə bağlı şəxslər iştirak edir.
Ona görə də belə şəraitdə rus mediasının Əli Şəmxaninin qızının toy qalmaqalına yer verməməsi Moskva üçün strateji risk yarada biləcəyindən, bu mövzudan çəkilməsi tamamilə məqsədyönlüdür. Çünki, Hüseyn Şəmxani yalnız bir oliqarx oğlu deyil O, həm də Rusiya üçün sanksiyaları yarıb keçməyə imkan verən “logistik və maliyyə körpüsü” rolunu oynayır.
Kremlə bağlı medianın Əli Şəmxaninin ailə qalmaqalına göstərdiyi xüsusi səssizlik göstərir ki, əslində Rusiya beynəlxalq sanksiyaları aşmaq üçün yaratdığı kanallar və mürəkkəb mexanizmlərin ifşa olunmasından, həmçinin məsələnin daha geniş gündəmə çıxmasından ciddi şəkildə çəkinir. Ona görə də Rusiya mediası bu mövzuda susmağı üstün tutdu.