İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
11:55 | 23 iyun 2025 | Bazar ertəsi
Məqaləyə 313 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İran faşist fars-molla rejimi hələ də Azərbaycanı təhdid edir.
Tehran – İran dövlət televiziyasında yayımlanan siyasi-hərbi proqramda çıxış edən “ekspert” Azərbaycan Respublikasını İsrailin hərbi əməliyyatlarına dəstək verməkdə ittiham edib və regionda Zəngəzur dəhlizi ilə bağlı planlara qarşı sərt xəbərdarlıq səsləndirib.
O, bildirib ki, Azərbaycan Respublikası İsrailə yanacaq verərək və onun hərbi dronlarının fəaliyyətinə şərait yaradaraq həm Qəzzadakı fələstinlilərin qətlində, həm də İrana qarşı düşmən fəaliyyətlərdə iştirak edir:
“Bu gün sionist rejim Qəzzanı bombalayır, bizim əleyhimizə dronlar göndərir. Bu dronlar haradan uçur? Hansı yanacaqla işləyir? Azərbaycan Respublikasının nefti ilə! Onun neft boru xətti də bizim yaxınlığımızda – onun vurulması bir zərurətə”.
“Ekspert” daha sonra Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan tərəfindən keçirilən hərbi təlimlərə toxunaraq deyib: “Azərbaycan Respublikası indi də Zəngəzur istiqamətində hərbi manevrlərə başlayıb. Onlar düşünürlər ki, bizim başımız bu savaşa qarışıb və onlar bu fürsətdən istifadə edib Zəngəzuru ələ keçirəcəklər. Amma biz buna imkan verməyəcəyik”.
O, bu məsələnin təkcə hərbi deyil, həm də geopolitik təhlükə yaratdığını vurğulayaraq əlavə edib: “Əgər Zəngəzur Azərbaycanın əlinə keçərsə, bu, İranın Ermənistan və daha sonra Avrasiya ilə quru çıxış yolunun bağlanması deməkdir. Bu isə sadəcə bir sərhəd məsələsi deyil – bu, İranın geopolitik boğulması deməkdir. Bu, zarafat ediləcək məsələ deyil”.
***
Fars faşistləri və terrorçu rejimə bağlı olanlar Azərbaycanı hədələməyi buraxıb, əgər cürətləri çatırsa, Pakistana cavab versinlər.
ABŞ mətbuatı yazır ki, Pakistan ABŞ-ın “B-2” bombardmançılarına öz hava məkanından istifadə icazəsi verib. Görək faşist fars-molla rejiminin Pakistanı hədələməyə cürəti çatacaq?