
Trampın “Axilles dabanı”
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar
İlham Əliyev: “Aktau təyyarə qəzası ilə bağlı Rusiya beynəlxalq məhkəməyə veriləcək”
Çin, Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyaların “ciddi mənfi təsirlərini” tənqid etdi
Ukrayna kəşfiyyatının gənc və cəsur komandiri – Kiril Budanov
Yaxud Tramp və Ukrayna labirinti
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova və Prezidentin mətbuat katibi Dmitri Peskovun açıqlamaları Moskvanın Azərbaycan və Cənubi Qafqaz siyasətindəki imperialist, işğalçı və şovinizm dolu mövqeyini bir daha açıq şəkildə ortaya qoyur. Bu açıqlamalar yalnız regional sabitliyi pozmaqla qalmır, həm də Azərbaycanın suverenliyinə və milli maraqlarına qarşı təhdid kimi dəyərləndirilməlidir.
Zaxarovanın “Moskva Bakını ölkələr arasında münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaytarmaq üçün tədbirlər görməyə çağırır” bəyanatı əslində Azərbaycanın xarici siyasətini və müstəqil mövqeyini Moskvanın diktəsi altında saxlamaq istəyini ifadə edir. Bu, sovet dövrünün imperiya ambisiyalarının təzələnməsindən başqa bir şey deyil.
Dmitri Peskovun Ukraynanı Azərbaycan-Rusiya münasibətlərində gərginlik yaratmaqda ittiham etməsi isə sadəcə mövcud geosiyasi reallıqlardan qaçmaq və məsuliyyəti başqa istiqamətə yönəltmək cəhdidir. Rusiya öz imperialist siyasətinin və regionda təzyiq mexanizmlərinin nəticələrindən boyun qaçırır, məsuliyyəti Ukraynaya atır.
Duma deputatı Andrey Luqovoyun “Qafqaz barıt üzərində qurulub” və “Yandırdılar və başladı” kimi təhdidkar ifadələri isə Moskvanın bölgədə gərginliyi alovlandırmaq, etnik qarşıdurmaları və zorakılığı təşviq etmək niyyətində olduğunu göstərir. Bu, açıq işğalçı, şovinizm siyasətidir və bölgədə sülhün ən böyük düşməni məhz Rusiyadır.
Rusiya hakimiyyətinin Azərbaycana qarşı yürütdüyü bu ritorika və siyasət, əslində, keçmişdə imperiya yaratmaq arzusu ilə yaşayan, bu gün də özünü dünya gücü hesab edən, işğalçı, təcavüzkar və şovinizmə əsaslanan çürüməkdə olan bir terrorçu rejimin ifadəsidir.
“Böyük Rusiya” xəyalı ilə yaşayanlar bilməlidirlər ki, Azərbaycan xalqı və dövləti bu imperialist, işğalçı və şovinizm siyasətinə qarşı əzmkar dayanacaq, milli suverenlik və hüquqlarını qoruyacaq. Rusiya kimi köhnə imperiya ambisiyaları ilə yaşayan ölkələrin təhdidlərinə və təzyiqlərinə qarşı Azərbaycan öz yolunu, müstəqilliyini və regionda sülhü qorumaq üçün mübarizəsini davam etdirəcək.