
Fələstinlilərin gerçək tarixi
... Yaxud dəniz quldurlarının “dövlət” arzusu
... Yaxud dəniz quldurlarının “dövlət” arzusu
ABŞ Fransanı Qəzza məsələsinə yaxın buraxmır
Qəzzada atəşkəsin qalıcı olması üçün tək şərt var
“Son bir məsələ qalır”
“HƏMAS”ın yüksək vəzifəli rəsmisi öldürüldü
Tel-Əviv - Ankara yaxınlaşması Türk dünyasını inkişaf etdirəcək
«Pandoranın mücrüsü açılsa, bu münaqişənin haradan başlanıb harada bitəcəyini bilmək olmaz»
Bəhreyn öz vətəndaşlarını Livandan geri çağırır
İsrail Qəzzadan atılan raketlərə cavab verdi
Tel-Əviv öz qazının Avropaya bu xətlə nəql edə bilər
Qəzzanın blokadası qaldırılır
... Silahlar susdu
Barak Obama Yaxın Şərqdəki son vəziyyətlə bağlı çıxışı edib
«Həmas»la toqquşmalarda 4 İsrail əsgərinin yaralandığı bildirilir
Fələstin prezidenti: « Biz, balanssız döyüşün dayanmasını istəyirik»
Şimon Peres: «Biz bir gün, iki gün, üç gün gözlədik»
“HƏMAS” adı altında fəaliyyət göstərən silahlı terror qruplaşması, uzun illərdir ki, “müqavimət” adı ilə Qəzza bölgəsində yalnız İsrailə qarşı deyil, eyni zamanda öz xalqına qarşı da bir təhlükə mənbəyinə çevrilmişdir. Bu terror təşkilatı, faktiki olaraq beynəlxalq hüquqa zidd davranışları ilə yalnız regional sabitliyi pozmur, həm də fələstinlilərin həyatını siyasi təbliğatın vasitəsinə çevirir.
“HƏMAS” – “Hərəkatu’l-Müqavəməti’l-İslamiyyə” – 1987-ci ildə yaradılmış və 2007-ci ildən etibarən Qəzzada hakimiyyəti ələ keçirmiş bir radikal terror təşkilatıdır. Qrupun məqsədi İsrailin tam şəkildə məhv edilməsi və onun yerində islamçı teokratik bir dövlətin qurulmasıdır.
Bir çox dövlət və beynəlxalq təşkilatlar (ABŞ, Avropa Birliyi, Kanada, Avstraliya və s.) “HƏMAS”ı rəsmi olaraq terror təşkilatı kimi tanımışdır. “HƏMAS” yalnız İsrailə qarşı deyil, bölgədəki digər siyasi aktorlara və sivil əhaliyə qarşı törətdiyi terror aktları bu terrorçu təşkilatın çirkin mahiyyətini təşkil edir.
“HƏMAS”, öz hərbi infrastrukturunu məktəblərin, xəstəxanaların, məscidlərin və sıx yaşayış məntəqələrinin altında yerləşdirərək qəsdən mülki əhalini öz məqsədləri üçün canlı qalxana çevirir.
Bu, həm hərbi baxımdan, həm də ideoloji cəhətdən onlara mənfəət gətirir çünki hədəfə alınan hər bir bölgədə mülki itkilərin sayını artır, bu itkiləri beynəlxalq ictimaiyyətə “sivil qətliam” kimi təqdim edilir və İsrail dövlətinə qarşı media kampaniyası yaradılaraq sivillərin ölümündən siyasi və təbliğat mənfəəti qazanır.
Bu strategiya beynəlxalq humanitar hüququn açıq-aşkar pozulmasını göstərsə də “HƏMAS” yenə də fələstinliləri öz ideoloji məqsədləri üçün qurban verir.
Çünki “HƏMAS”ın əsas məqsədi Fələstin xalqının azadlığı deyil, İrana bağlı şiə-islamçı geopolitik layihənin bir hissəsi kimi fəaliyyət göstərməkdir. İran, Qətər və İsrail dövlətinə düşmən olmaqdan “qürur” hissi keçirən digər dövlətlər bu qrupun siyasi himayəçiləri olaraq, onu İsrailə qarşı bir təzyiq aləti və regionda xaos yaratma vasitəsi kimi dəstəkləyirlər.
Bu gün Qəzzada baş verən fəlakətlərin başlıca səbəbi elə “HƏMAS” terror təşkilatının özüdür çünki onlar Qəzzəliləri bilərəkdən və məqsədli olaraq ölümə sürükləyir və qurban etdirir.
Bir sözlə “HƏMAS” terror təşkilatı, əslində öz xalqını pul və radikal ideologiyasına qurban edən bir terror maşınıdır.