Avropadan güclü gediş
Budapeşt görüşü sual altında
17:44 | 8 sentyabr 2025 | Bazar ertəsi
Məqaləyə 144 dəfə baxılıb
Şriftin ölçüsü
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Tramp administrasiyası ilə mübarizəyə hazırlaşan Aleksandr Sorosun həyat yoldaşı “Müsəlman qardaşları” ilə əlaqədə günahlandırılıb
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
HƏMAS silahı buraxmasa, əməliyyatlar bu dəfə təşkilatın tamamilə məhvinə qədər davam edəcək
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Dövlət Departamenti mühafizəkar fəalın ölümünə sevinən 6 nəfərin vizasını ləğv etdi
Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
Qədim qızıldərili mifologiyası gündəmdə
Tramp və Makron arasında gərgin dialoq iddiası: “İki lider mübahisə etdi”
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Federal işçilərin işdən çıxarılmasına başlanacaq
“Reuters” xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp dünən “HƏMAS”a qarşı son xəbərdarlıq xarakteri daşıyan bir açıqlama verib və ona Qəzza zolağında saxlanılan İsrailli girovların azad edilməsi üçün razılaşmanı qəbul etməsi çağırışı edib.
Tramp sosial media platforması “Truth Social”da etdiyi paylaşımda, “İsraillilər mənim şərtlərimi qəbul etdi. İndi HƏMAS-ın da bunları qəbul etmə zamanı gəldi. Mən HƏMAS-ı bunları qəbul etməmənin nəticələri barədə xəbərdar etdim. Bu mənim son xəbərdarlığımdır, başqa xəbərdarlıq olmayacaq!”, – yazıb.
Ötən gün HƏMAS tərəfindən verilən açıqlamada isə ABŞ tərəfindən atəşkəs razılaşmasına nail olmaq üçün bəzi təkliflərin onlara çatdırıldığı təsdiqlənib.
“HƏMAS” ABŞ prezidentinə cavab açıqlamasında bildirir: “Aracıların vasitəsilə ABŞ tərəfindən atəşkəs razılaşmasına nail olmaq üçün bəzi təkliflər aldıq və buna görə “HƏMAS” hücumları dayandırmaq təşəbbüslərinə yardım edəcək hər addımı məmnuniyyətlə qarşılayır”.
“HƏMAS” həmçinin vurğulayıb ki, müharibənin sona çatdırılması və Qəzza zolağından tamamilə çıxmaq barədə dəqiq açıqlama verilməsi və Qəzza zolağını idarə etmək üçün müstəqil fələstinlilərdən ibarət, dərhal fəaliyyətə başlayacaq bir komitənin yaradılması müqabilində bütün girovların azad olunması məsələsini müzakirə etmək üçün dərhal danışıqlar masasına oturmağa hazırdır.
“Düşmənin razılaşdırılacaq mövzulara açıq və aydın şəkildə sadiq qalması ilə, əvvəlki razılaşmaların rədd edilməsi və ya pozulması kimi hallar təkrarlanmayacaq. Bunların ən sonuncusu, aracıların ABŞ təklifinə əsaslanaraq bizə təqdim etdiyi və bizim 18 Avqust 2025-ci il tarixində Qahirədə təsdiqlədiyimiz razılaşma idi. İşğalçılar bu günə qədər bu razılaşmaya cavab verməyiblər, lakin qətllərinə və etnik təmizləmə siyasətlərinə davam ediblər.
Bu səbəbdən HƏMAS bu fikirləri xalqımızın ehtiyaclarını qarşılayan hərtərəfli bir razılaşmaya çevirmək üçün aracılarla davamlı əlaqədədir”.
ABŞ mərkəzli xəbər saytı “Axios” dünən xəbər verib ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff (Steve Witkoff) keçən həftə “HƏMAS”a Qəzzada atəşkəs üçün yeni bir təklif göndərib.
“Axios” bildirib ki, Vitkoffun yeni təklifi, Qəzzadakı müharibənin sona çatdırılması müqabilində qalan bütün girovların azad olunmasını nəzərdə tutan razılaşmanı əhatə edir.
Bundan əlavə, “Axios” qeyd edib ki, Vitkoffun yeni təklifi İsrailin planlaşdırdığı böyükmiqyaslı hücumdan əvvəl diplomatik həll tapmağı məqsəd qoyur.
Vitkoffun bir vasitəçi ilə “HƏMAS”a bütün girovların azad edilməsi halında Trampın müharibənin sona çatmasını təmin edəcəyini bildirdiyi, vasitəçinin də Vitkoffa “HƏMAS”ın hərtərəfli razılaşmaya hazır olduğunu çatdırdığı qeyd olunub.