İran sürətlə bərpa olunur
ABŞ kəşfiyyatının hesabatı ilə CENTCOM-un açıqlamaları ziddiyyət təşkil edir
20:39 | 21 may 2026 | Cümə axşamı
Məqaləyə 16 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ kəşfiyyatının hesabatı ilə CENTCOM-un açıqlamaları ziddiyyət təşkil edir
ABŞ NATO-nun çevik qüvvələrində iştirakını azaldır
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
“Yox” demirlər, amma nəticə də yoxdur
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Tramp: “İstənilən halda buna nail olacağıq”
Hörmüz gərginliyi davam edərkən diqqətçəkən hərəkətlilik yaşandı
ABŞ-nin sərtləşən mövqeyi əsnasında diplomatik proses gərginləşib
ABŞ administrasiyasının Raul Kastro haqqında ittihamnamə hazırlaması, Kuba ilə bağlı narahatlıqları artırıb.
ABŞ Ədliyyə Nazirliyinin vəzifəsini icra edən Todd Blanç dünən açıqlamasında 94 yaşlı Raul Kastro və daha 4 nəfəri 1996-cı ildə baş vermiş təyyarə insidenti ilə bağlı ABŞ vətəndaşlarını öldürmək məqsədilə sui-qəsddə günahlandırıldığını bildirib.
Hadisə zamanı Kuba hökumətinə müxalif şəxslər tərəfindən Florida ştatında yaradılan “Brothers to the Rescue” adlı təşkilata məxsus iki təyyarə Kuba ordusuna aid qırıcılar tərəfindən ada yaxınlığında vurulmuşdu.
O dövrdə Kuba lideri Fidel Kastro hücumu hava məkanının qorunması üçün həyata keçirilmiş qanuni əməliyyat kimi müdafiə etmiş, həmin vaxt müdafiə naziri olan qardaşı Raul Kastronun isə təyyarələrin vurulmasına xüsusi əmr vermədiyini iddia etmişdi.
Kuba Kommunist Partiyasının rəsmi orqanı “Granma” nəşri ittihamları “rüsvayçı” adlandırılaraq pisləyib.
“Brothers to the Rescue” təşkilatı terror qruplaşması kimi xarakterizə olunaraq, təyyarələrin Kuba hava məkanını pozduğu bildirilib. Həmçinin Havana administrasiyasının 1994–1996-cı illərdə ABŞ-yə hava məkanının pozulması ilə bağlı ən az 25 dəfə şikayət etdiyi, lakin Vaşinqtonun bu məsələlərə reaksiya vermədiyi qeyd olunub.
ABŞ ordusunun yanvar ayında Venesuelaya həyata keçirdiyi əməliyyatdan əvvəl Karib dənizində narkotik daşıdığı iddia edilən gəmilərə hücum etdiyi də xatırladılıb. Mətndə bu ittihamları ironiya ilə tənqid edən Kuba tərəfi ABŞ-ni 200 nəfərin ölümündə və 57 gəminin məhvində günahlandırır.
2008–2018-ci illərdə Kubaya rəhbərlik etmiş Raul Kastroya qarşı ittihamnamə Havana və Vaşinqton arasında gərginliyi daha da artırıb.
Barak Obama dövründə Kuba ilə gizli danışıqlarda iştirak etmiş müzakirəçi Ricardo Zuniga bildirib ki, Ağ Evin Kastronu hədəfə alan strategiyası əks effekt verə bilər: “Onun özü inqilabın canlı təcəssümüdür. Hər iki tərəfdə yaranan məyusluq, Vaşinqtonun bu ittihamnamə ilə Kuba hökuməti ilə əlaqəni kəsməsi nəticəsində münaqişəyə çevrilə bilər”.
Kuba Prezidenti Migel Diaz-Kanel bildirib ki, ABŞ hərbi müdaxilə etsə, region qan dənizinə çevrilə bilər.
Ölkənin müxtəlif bölgələrində ordu təlimləri keçirilir, əhaliyə isə mümkün işğala hazır olmaq çağırışları edilir. Donald Tramp isə ABŞ-nin məqsədinin Kubanı azad etmək olduğunu bildirib.
CNN analitikasına görə, Kastroya qarşı istənilən addım böyük ehtimalla tammiqyaslı müharibəyə gətirib çıxara bilər.
Eyni zamanda ABŞ donanması “USS Nimitz” aviadaşıyıcısını Karib dənizinə yerləşdirib. ABŞ Cənub Komandanlığının (SOUTHCOM) məlumatına görə, aviadaşıyıcını “USS Gridley” və “USNS Patuxent” gəmilər müşayiət edir.
“Wall Street Journal” analitik yazısında Trampın Venesuela strategiyasını Kubada da tətbiq etməyə çalışdığı iddia olunur.
Nəşr yazır ki, Venesuela əməliyyatı zamanı Ağ Ev ölkə daxilində bəzi qüvvələrlə anlaşmaya gedib və indi də Havananın daxilində oxşar dəstək axtarılır.
Lakin ekspertlər Kubanın Venesueladan fərqli siyasi və hərbi struktura malik olduğunu, vəziyyətin daha sərt eskalasiya riski daşıdığını bildirirlər.
Digər tərəfdən, “Wall Street Journal” “Raul Kastro yeni Maduro olacaqmı?” başlıqlı kəskin məqalə də yayımlayıb. Yazıda ABŞ-nin Kubada rejim dəyişikliyi istədiyi və ittihamnamənin Havananın üzərində təzyiqi artırdığı qeyd olunur.