vaxtlı-vaxtında oxuyun! Bazar, 5 iyul 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
GÜNDƏM  
Kraldan prezidentə təbrik məktubu 20:26 | 21 may 2026 | Cümə axşamı Məqaləyə 217 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kraldan prezidentə təbrik məktubu

“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”

CAVİD, VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlz Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

VAXT.AZ PRESİDENT.AZ-a istinadla həmin məktubun mətnini təqdim edir:

“Cənab Prezident.

Müstəqillik Günü münasibətilə həyat yoldaşım və mən Zati-alinizə və Azərbaycan Respublikasının vətəndaşlarına ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.

Bu əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir. İkitərəfli əlaqələrimizin möhkəmliyini yüksək qiymətləndirir və qarşıdakı illərdə əməkdaşlığımızın daha da genişləndirilməsinə sadiq qaldığımı bildirirəm.

Dövrümüzün ortaq çağırışları, xüsusilə iqlim dəyişikliyi və ətraf mühitimizin qorunması ilə bağlı məsələlərlə üzləşdiyimiz bir vaxtda ölkələrimizin təsirli və uzunmüddətli həllər naminə birgə fəaliyyətini davam etdirəcəyinə ümidvaram.

Həyat yoldaşım və mən qarşıdakı dövrdə sülh, firavanlıq, rifah diləyi ilə Sizə və bütün azərbaycanlılara ən səmimi salamlarımızı göndəririk”.