Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
12:42 | 29 aprel 2026 | Çərşənbə
Məqaləyə 310 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya taxt-tacının sahibi Kral III Çarlz Vaşinqtona səfəri çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə görüşü zamanı diqqətçəkən açıqlama verib.
VAXT.AZ “Reuters”ə istinadən xəbər verir ki, Ağ Evdə keçirilən rəsmi qəbul və Konqresdəki çıxışlar zamanı Kral Çarlz Trampın Böyük Britaniya və NATO ilə bağlı tənqidlərinə dolayı cavab verib.
Çarlz çıxışında Trampın “ABŞ olmasaydı Avropa ölkələri alman dilində danışardı” sözlərinə işarə edərək, “Cənab Prezident, siz demişdiniz ki, ABŞ olmasaydı Avropa ölkələri almanca danışardı. İcazə verin mən də buna belə cavab verim – əgər biz olmasaydıq, siz fransızca danışırdınız”, – deyib.
Bu sözlər zalda gülüşə səbəb olub, Trampın isə zarafata gülərək reaksiya verdiyi bildirilib.
Kral Çarlz çıxışlarında birbaşa siyasi polemikaya girməsə də, transatlantik ittifaqın (NATO) əhəmiyyətini vurğulayıb. O, Şimali Atlantika Müqaviləsi Təşkilatı və Qərb əməkdaşlığının tarixi roluna diqqət çəkib.
Çarlz həmçinin ABŞ Konqresində etdiyi çıxışda hüquqi sistemdə “tarazlıq və nəzarət mexanizmlərinin” vacibliyini qeyd edib. ABŞ mediası bu fikirləri Tramp administrasiyasının icra hakimiyyətini genişləndirmə cəhdlərinə dolayı mesaj kimi şərh edib.
Kral Çarlz çıxışlarında ətraf mühit siyasəti və beynəlxalq əməkdaşlıq mövzularına da toxunub. Onun Paris İqlim Razılaşması və NATO-nun roluna dair vurğuları Tramp administrasiyasının bəzi qərarlarına dolayısı etiraz kimi qiymətləndirilib.
ABŞ mediası, o cümlədən “The New York Times” şərhlərdə qeyd edib ki, görüşlər zamanı Tramp nadir rast gəlinən diplomatik təmkin nümayişi etdirib.
Nəşr yazıb ki, Tramp görüşlər boyunca adətən olduğu kimi kəskin çıxışlardan çəkinib və müttəfiqlərə qarşı açıq tənqidlər səsləndirməyib.