Enerji böhranı dərinləşir
Neft qiymətləri kəskin yüksəldi
12:38 | 29 aprel 2026 | Çərşənbə
Məqaləyə 11 dəfə baxılıb
Şriftin ölçüsü
Neft qiymətləri kəskin yüksəldi
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
İran Səudiyyə Ərəbistanını hədələdi
Qiymətlər Yaxın Şərq gərginliyi əsnasında yüksəldi
Tramp İranla bağlı qalıcı razılaşma istədiyini bildirib
Bununla bölgədəki ABŞ hərbçilərinin sayı 40 mini keçdi
İrandakı hava hücumları nefti bahalaşdırdı
İsrail hücum iddialarını təkzib etdi
Hörmüz boğazı böhranı dərinləşir
İran Şimali Afrikada yeni terror şəbəkəsi yaradır
İranda son dövrlər müşahidə olunan daxili gərginliklər göstərir ki, hakimiyyət daxilindəki ziddiyyətlər artıq örtülü siyasi rəqabət mərhələsindən çıxaraq açıq qarşıdurmaya çevrilir. Bu qarşıdurmanın ən diqqətçəkən simvollarından biri kimi ortaya çıxan “sehrli lobya” ifadəsi isə zahirdə sadə metafora olsa da, əslində daha dərin ideoloji və siyasi parçalanmanın göstəricisi kimi çıxış edir.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, hakimiyyət daxilində iki əsas yanaşma formalaşıb. Bir tərəf daha praqmatik xətti təmsil edir və beynəlxalq təzyiqlər fonunda, xüsusilə ABŞ ilə münasibətlər kontekstində danışıqları mümkün çıxış yolu kimi görür. Digər tərəf isə ideoloji sərtliyi əsas götürərək hər cür güzəşti fars-molla rejiminin əsas prinsiplərindən geri çəkilməsi kimi qiymətləndirir. Bu iki yanaşma arasında balansın pozulması isə daxili siyasi dinamikanı daha da kəskinləşdirir.
“Sehrli lobya” ifadəsinin SEPAH-a yaxınlığı ilə bilinən “Tasnim” xəbər agentliyi tərəfindən ortaya çıxması da məhz bu kontekstdə baş verir. Bu metafora vasitəsilə danışıqlar üçün irəli sürülən şərtlərin qeyri-real və əlçatmaz olduğu vurğulanır. Lakin bu yanaşma dərhal sərt reaksiyaya səbəb oldu və ideoloji qanad tərəfindən “qırmızı xətlərin zəiflədilməsi” kimi təqdim edildi. Beləliklə, sadə bir ifadə hakimiyyət daxilindəki dərin fikir ayrılıqlarını üzə çıxaran katalizatora çevrildi.
İdeoloji-siyasi qarşıdurmanın başqa bir mühüm tərəfi onun media üzərindən aparılmasıdır. Ənənəvi olaraq İranda belə qarşıdurmalar qapalı dairələrdə gedirdi və onun mediaya çıxmasına imkan verilmirdi. Lakin hazırda müxtəlif informasiya platformalarında qarşılıqlı ittihamların səsləndirilməsi onu göstərir ki, artıq rejim daxilində vahid qərarverici mərkəz, yəni dini rəhbərlik dəftərxanasının təsir gücü zəifləyib. Bu isə paralel güc mərkəzlərinin formalaşmasına və onların açıq rəqabətə girməsinə şərait yaradır.
Bu parçalanmanın siyasi səviyyədə ən aydın təzahürlərindən biri də müxtəlif siyasi fiqurlar ətrafında formalaşan düşərgələrdir. Praqmatik xətti təmsil edənlər daha çox rejimin davamlılığı və idarəolunması prizmasından çıxış edirlər. Onlar hesab edirlər ki, iqtisadi və beynəlxalq təzyiqlər şəraitində çevik siyasətin aparılması zəruridir, əks halda ölkə daxilində hərtərəfli çöküş baş verəcək. Digər tərəf isə rejimin ideoloji mövqeyini əsas götürərək sistemin dəyişməzliyini prioritet sayır və kompromisləri böyük təhlükə kimi görür.
Bu ziddiyyətlər isə yalnız siyasi baxış fərqliliyi deyil, həm də rejimin gələcək idarəetmə modeli ilə bağlı qarşıdurmalardı. Bir tərəf daha institusional və idarəolunan sistemin tərəfdarıdırsa, digər tərəf ideoloji mobilizasiya üzərində qurulmuş sərt modelin qalmasında israr edir. Bu isə qarşıdurmanı sadəcə taktiki deyil, strateji səviyyəyə qaldırır.
Eyni zamanda, bu prosesdə xarici faktorların rolu da danılmazdır. ABŞ ilə mümkün danışıqlar məsələsi daxili parçalanmanı daha da dərinləşdirən əsas amillərdən birinə çevrilib. Çünki bu məsələ təkcə xarici siyasət deyil, həm də rejimin özünü necə tərif etməsi ilə bağlıdır. Danışıqlara açıq olmaq və ya tam qarşı çıxmaq – bu seçimlər əslində hakimiyyətin ideoloji kimliyini də müəyyən edəcək əsas amil olacaq.
Bütün bunların fonunda ən mühüm məsələ isə rejim daxilində “son söz sahibi”nin rolunun zəifləməsi kimi görünür. Əvvəllər müxtəlif qruplar arasındakı ziddiyyətlər “Vəliye-fəqih” kimi bilinən Ali rəhbərin yekun qərar mexanizmi əsasında tənzimlənsə də, hazırda bu mexanizmin əvvəlki effektivliyini itirməsi daha sərt və nəzarətsiz qarşıdurmalara yol açıb. Bu vəziyyət isə ölkə daxilində güc boşluğu və qeyri-müəyyənlik şəraitində proseslərin aparılması çətinliklərini gücləndirir.
Nəticə etibarilə, İranda media üzərindən ortaya atılan “sehrli lobya” ifadəsi yalnız bir media hadisəsi deyil, daha geniş və dərin bir prosesin simvoludur. Bu simvol vasitəsilə ölkədə rejim daxilində gedən ideoloji-siyasi parçalanma, güc uğrunda mübarizə və gələcək istiqamət uğrunda qanlı rəqabət açıq şəkildə görünür. Bu prosesin hansı istiqamətə yönələcəyi isə bir neçə amildən asılıdır: daxili güc balansı, xarici təzyiqlər və ən əsası, sistem daxilində yeni konsensusun formalaşıb-formalaşmaması.
Əgər parçalanma dərinləşərsə, bu, yalnız siyasi elita daxilində deyil, ümumi idarəetmə strukturunda da ciddi dəyişikliklərə səbəb olacaq. Əks halda, yeni bir balans tapılarsa, rejim mövcud formasını qoruyaraq daha çevik və daha təhlükəli modelə keçəcək. Hər iki halda isə aydındır ki, hazırkı mərhələ İranın siyasi tarixində dönüş nöqtələrindən biri kimi qalacaq.