Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
16:55 | 19 avqust 2025 | Çərşənbə axşamı
Məqaləyə 1034 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Cənubi Qafqazda son illərdə yaranan yeni geosiyasi reallıqlar, xüsusilə Azərbaycanın Ermənistanla sülh prosesində irəliləməsi, Zəngəzur dəhlizi və regional nəqliyyat-kommunikasiya xətləri üzrə əldə etdiyi strateji üstünlüklər bölgənin güc balansını köklü şəkildə dəyişmişdir. Bu dəyişikliklər Azərbaycanın mövqeyini gücləndirsə də, Moskva və Tehranın imperial maraqları ilə açıq ziddiyyət təşkil edir. Rusiya özünü Cənubi Qafqazın “təhlükəsizlik qarantı” kimi təqdim etmək imkanlarını itirir, İran isə Zəngəzur dəhlizinin açılması və Azərbaycan–Türkiyə ittifaqının güclənməsi ilə bölgədəki nüfuzundan məhrum olur. Nəticədə hər iki dövlət Azərbaycana qarşı ortaq ideoloji və siyasi cəbhə quraraq, hibrid müharibə vasitələrini tətbiq etməyə başlayır. Bu proses “Rus Pravoslav–Fars-Şiə İttifaqı” kimi xarakterizə edilə bilər.
Rusiyanın ideoloji strateqləri, xüsusən Aleksandr Duqin kimi fiqurlar, pravoslavlıq üzərindən imperiya ideologiyasını diriltməyə çalışırlar. Duqinin nəzəriyyələrində “rus dünyası” konsepti, Rusiya mədəni və siyasi nüfuzunun genişlənməsi ilə birbaşa bağlıdır. O, pravoslav ənənəsini həm milli kimliyin, həm də geosiyasi ekspansiyanın aləti kimi istifadə edir, Qərb və türk faktoruna qarşı ideoloji platforma yaradır. Bu baxımdan, pravoslav ideoloji xətt yalnız dini aspektlə məhdudlaşmır, həm də Rusiyanın strateji məqsədlərinə xidmət edir.
İran tərəfi isə fars-şiəçilik üzərindən regional nüfuzunu genişləndirməyə çalışır. İranın Rusiyada fəaliyyət göstərən şiə tədris mərkəzləri, radikal dini şəbəkələr və fars-şiə ideologiyası əsasında təlimatlandırılmış qruplar Moskva ilə koordinasiya edilərək Azərbaycanı hədəfə alır. Bu struktur vasitəsilə İran həm Azərbaycanda, həm də Rusiyada yaşayan şiə icmalarını ideoloji təsir vasitəsi kimi yönləndirir. Fars-şiəçilik təbliğatı yalnız dini çərçivədə deyil, həm də siyasi və geosiyasi manipulyasiya aləti kimi istifadə olunur.
Hibrid müharibənin bu forması bir neçə istiqamətdə aparılır. İlk olaraq, informasiya və təbliğat sahəsində intensiv fəaliyyət müşahidə olunur. Rusiya və İran medianın müxtəlif platformalarını istifadə edərək Azərbaycanı “Qərbin aləti”, “regionun sabitliyini pozan dövlət” və “müttəfiqlərinə xəyanət edən tərəf” kimi təqdim etməyə çalışır. Eyni zamanda dini və etnik manipulyasiya, tarixi saxtalaşdırmalar və ideoloji diversiya Azərbaycanın daxili sabitliyinə yönəlir.
İkinci mərhələ, gizli diversiya və terror hədəsi elementlərini əhatə edir. Son günlər Ukrayna ərazisində Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaq bazasının vurulması və digər təhlükəli əməliyyatlar Moskvanın mesaj xarakterli hərbi addımlarının nümunəsidir. Rusiya həmçinin öz daxilində azərbaycanlı icmasına qarşı təqib, həbs və təzyiq vasitələrindən istifadə edir. İran isə dini maska altında fəaliyyət göstərən casus şəbəkələri və radikal qruplar vasitəsilə Azərbaycanın daxili sabitliyini pozmaq potensialına malikdir. Bu struktur vasitəsilə hibrid müharibə həm beynəlxalq, həm də milli səviyyədə həyata keçirilir.
Diplomatik və strateji baxımdan Azərbaycan öz manevr imkanlarını artırmaq üçün Türk dövlətləri ilə ittifaq, Qərb ilə enerji və təhlükəsizlik əməkdaşlığı, Orta Asiya ilə inteqrasiya layihələrini gücləndirməlidir. Bu, Moskva və Tehranın ortaq ideoloji və siyasi təzyiqini neytrallaşdırmaq üçün əsas vasitədir. Eyni zamanda milli təhlükəsizlik və informasiya sahəsində koordinasiyalı tədbirlər, ideoloji müqavimət və maarifləndirmə siyasəti sistemli şəkildə həyata keçirilməlidir.
Savalan Araşdırmalar Mərkəzi