İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
14:42 | 1 iyul 2025 | Çərşənbə axşamı
Məqaləyə 334 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Son həftələrdə İsrailin İrana hücumundan sonra İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) terror təşkilatında baş verən daxili intriqalar və yüksək rütbəli komandirlər arasında qarşılıqlı casusluq ittihamları, bu qurumun dərin bir daxili böhran yaşadığını açıq şəkildə nümayiş etdirir.
Məlumata görə, SEPAH terror təşkilatının keçmiş iqtisadi qolunun – Xatəmül-Ənbiya Tikinti Qərargahının rəhbəri olmuş və son illər siyasi iddialarla gündəmdə olan Səid Məhəmməd təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Onun korrupsiya, vəzifədən sui-istifadə və xarici əlaqələrdə şəffaf olmayan fəaliyyətlərdə ittiham olunduğu bildirilir. Digər tərəfdən, SEPAH terror təşkilatının baş komandan müavini, kontr-admiral Əli Fədavi də müvəqqəti olaraq dindirilməyə çağırılıb – bəzi mənbələr bu prosesi casusluq şübhəsi ilə əlaqələndirir.
Maraqlıdır ki, bu həbslər bir-birinin ardınca və daxili ifşalar nəticəsində baş verib. SEPAH daxilindəki müxtəlif qruplar bir-birini İsrail və Qərblə əlaqədə, gizli məlumat ötürməkdə və düşmən ölkələrə xidmət etməkdə günahlandırırlar. Bu ittihamlar artıq şəxsi rəqabət səviyyəsini aşaraq, terror təşkilatı strukturunun daxilində açıq və dərinləşən qarşıdurmaya çevrilib.
Sözsüz ki, bu sürəc SEPAH-ın daxili birliyinin dağılması, uzun illər rejimi ayaqda saxlayan bu qurumun öz içində ideoloji, iqtisadi və siyasi parçalanma yaşamasının açıq sübutudur. Bu parçalanma və qarşılıqlı etimadsızlıq, rejimin özəyi sayılan qurumun iflasa uğraması ilə nəticələnə bilər.
Hazırda rejim rəsmiləri məsələ ilə bağlı açıqlama verməkdən çəkinir. Lakin ictimaiyyət və media bu hadisələri “SEPAH içində kimin casus, kimin qorxmuş general olduğu” sualı ilə izləyir.