
Fars-molla rejimi Pezeşkiana qarşı
İran prezidenti ali dini lideri devirmək cəhdində günahlandırılır
İran prezidenti ali dini lideri devirmək cəhdində günahlandırılır
Yaxud dövrü keçmiş diplomatın həyasız tövrü
... və İran-Azərbaycan münasibəti haqqında
Qruplar postunu oğluna ötürmək istəyən Xameneyiyə mane olur
SEPAH terror təşkilatının daxilində casusluq ittihamları və qarşılıqlı düşmənçilik
Süleymaninin “kölgə yoldaşı” və SEPAH generalı İsrailin hücumunda öldürülüb
“SEPAH və onun texnikasından uzaq durun”
Azərbaycan üçün İranı kimin idarə etməsi sərfəlidir?
İranı zəiflədən sui-qəsdlər və hücumlar
SEPAH-ın Avropa zavodlarında casus şəbəkəsi var
Pezeşkiyan xalqa müraciət etdi
Britaniyada İsrail səfirliyinə hücum planı qurumun daxilindəki radikal qrup tərəfindən hazırlanıb
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
İlham Əliyev mesajında bölgədə faydalı əməkdaşlığın nələrdən asılı olduğunu xatırlatdı
Güclü jest olsa da birliyə işarə edən addım deyil
... Yaxud Məsud Pezeşkianın Azərbaycana səfəri ilə bağlı tezislər
Məsud Pezeşkian hökumətinin işə başlamasından təxminən bir il ötür və bu müddətdə İran adlanan rejimin siyasi strukturlarında diqqətəlayiq dəyişikliklər müşahidə olunur. Bu dəyişikliklər heç də islahat, şəffaf idarəçilik və xidmət yönümlü dönüşlər deyil; əksinə, rejimin bütün siyasi və icra strukturlarının SEPAH-ı Pəsdaran (İran İslam İnqilabı Keşikçiləri Korpusu) adlı terror təşkilatının tam nəzarəti altına keçməsi deməkdir.
Bu təhlükəli prosesin ən yeni və diqqətçəkən mərhələsi Məsud Pezeşkianın “İsrailin onu öldürmək istədiyi” iddiası və ardından “xidmətin daha effektiv təşkili” adı ilə prezidentlik səlahiyyətlərini valilərə verməsi qərarıdır.
Son günlərdə Məsud Pezeşkian iddia edib ki, guya İsrail onu öldürmək istəyib. Bu iddia, Tehran şəhərində İranın Ali Milli Təhlükəsizlik Şurasının toplantısına edilən raket hücumundan sonra yayıldı. Rəsmi media hücum zamanı təkcə Pezeşkianın yaralandığını və fövqəladə çıxış qapısından qaçdığını bildirdi. Toplantıda iştirak edən digər şəxslər barədə isə heç bir məlumat verilmədi.
Maraqlıdır əgər İsrail həqiqətən Pezeşkianı hədəf alsaydı, çox daha əvvəl və asanlıqla bu işi həyata keçirə bilməzdi? Çünki 12 günlük savaş müddətində İsrailin əsas diqqəti İran rejiminin yüksək qərarverici dairələrinə yönəlmişdi və real hədəflərini dəfələrlə uğurla sıradan çıxarmışdı.
Beləliklə, Pezeşkianın və rejimin nəzarətində olan medianın bu iddiası, əslində əvvəlcədən planlaşdırılmış bir siyasi teatr kimi görünür və məqsədi, ölkədə davam edən təhlükəli struktur dəyişikliklərini pərdələməkdir.
Pezeşkian isə bu planın icrasında terrorçu SEPAH-a dəstək verərək bu uydurma terror təhdidindən dərhal sonra bildirdi ki, “vətəndaşlara xidmətin pozulmaması və təhlükəsizliyin təmin olunması üçün” prezidentlik səlahiyyətlərini valilərə ötürür. Lakin İranın gerçəkliyində bu qərarın yeganə mənası var və oda bundan ibarətdir ki, artıq icra hakimiyyəti SEPAH-ın əyalət üzrə hərbi və kəşfiyyat nümayəndələrinə təhvil verilir.
Çünki Valilərin əksəriyyəti ya SEPAH strukturundan gəlir, ya da birbaşa onun əmrində fəaliyyət göstərir və SEPAH-ın Sarullah, Nəcəf və Qüds kimi regional qərargahları bütün əyalətlərdə gündəlik idarəetməyə nəzarət edir. Hətta yerli icra strukturları da SEPAH-ın icazəsi olmadan fəaliyyət göstərə bilmir.
Bu mənada, Pezeşkianın öz səlahiyyətlərini valilərə ötürülməsi əslində prezidentlik institutunun iflic edilməsi və ölkədə SEPAH-ın hərbi-siyasi nəzarət gücünün bütün sistemə yayması deməkdir.
Bəzi siyasi çevrələr isə Peşekianın bu addımını guya “mərkəzi hökumətin zəiflədilməsi” kimi təqdim edirlər. Amma bu, sadəcə olaraq bir hərbi-təhlükəsizlik və siyasi çevrilişin baş verdiyini ört-basdır etməkdir. Çünki reallıqda mərkəzi hakimiyyət hər zaman Xameneyi və SEPAH-ın tam nəzarətində olub. Bu yeni layihə isə sadəcə prezident postunu formal saxlamaqla onu faktiki şəkildə aradan qaldırır.
Bu prosesin əsas məqsədi, mülki görkəmli bir vasitə olan prezidentliyi aradan qaldıraraq ölkənin tam idarəsini SEPAH-ın öz əlinə almasıdır. İndi artıq SEPAH, hökumətə “təsir edən” bir qurum deyil – birbaşa bütün sistemin öz əlinə keçirməsdir.
Bu yeni modeldə ölkənin hər bir əyaləti, SEPAH-a bağlı olan “vali-komandirlər” tərəfindən idarə olunacaq. Bu valilər əyalətlərin inzibati, iqtisadi və təhlükəsizlik məsələlərində tam səlahiyyətli olacaq və birbaşa Tehrandakı SEPAH qərargahlarına hesabat verəcəklər.
Bu o deməkdir ki, heç bir sosial, iqtisadi və ya siyasi qərar SEPAH-ın təsdiqi olmadan icra olunmayacaq, Əhalinin hüquqları, tələbləri və ehtiyacları hərbi prioritetlərə qurban veriləcək.
Ona görə də indidən “Cihad-i Təbbi̇n” yəni cəmiyyətə qarşı psixoloji təbliğat kompaniyası apararaq Terrorçu SEPAH-ın hərbi diktatura rejiminin formalaşdırmasında ideoloji əsaslandırma prosesini aparmaqdır.
Çox təəssüf ki, Məsud Pezeşkianda “xidmətçi və texnokrat” görünüşü ilə bu planın ön vitrinində dayanır və SEPAH tərəfindən idarə olunan bir fiqurdur. İsrailin guya onu öldürmək istəməsi isə SEPAH-ın hərbi çevriliş layihəsini gizlətməyə xidmət edir və uydurulmuş bir ssenaridir.
Artıq Məsud Pezeşkian hökuməti sadəcə bir teatr tamaşasına çevrilib. Real hakimiyyət isə tam şəkildə terrorçu SEPAH-ın əlində cəmləşib. Qəribəsi budur ki, buna qarşı nə bir etiraz səsi yüksəlir, nə də dərin təhlillər ortaya qoyulur. Çünki cəmiyyətin bir qismi nə baş verən prosesləri düzgün araşdıra bilir, nə də onların arxasında duran təhlükəli mexanizmləri anlayır.
Sadəcə Pezeşkian bir neçə şeir oxudu deyə, hər şeyin yolunda olduğunu zənn edən düşüncəsizlər sabah İranın Şimali Koreyaya çevrilə biləcəyi ehtimalını belə ağlılarından keçirmir. Fars-molla rejimi də məhz bu düşüncəsizliyin və passivliyin arxasında öz hərbi-dini diktaturasını dərinləşdirir.