
Pezeşkian vədini yerinə yetirəcəkmi?
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
47 km-lik yol uğrunda davada qazanan Azərbaycandır
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
Fars-molla rejimi Pezeşkianı hədəfə alıb
“Prezident səlahiyyətlərinin valilərə verilməsi” adı altında ölkənin hərbi-siyasi strukturuna tam nəzarətin qurulması
İran prezidenti ali dini lideri devirmək cəhdində günahlandırılır
... və İran-Azərbaycan münasibəti haqqında
Azərbaycan üçün İranı kimin idarə etməsi sərfəlidir?
Pezeşkiyan xalqa müraciət etdi
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
İlham Əliyev mesajında bölgədə faydalı əməkdaşlığın nələrdən asılı olduğunu xatırlatdı
Güclü jest olsa da birliyə işarə edən addım deyil
... Yaxud Məsud Pezeşkianın Azərbaycana səfəri ilə bağlı tezislər
Türk əsilli siyasətçinin İran prezidenti olmasının faydaları
Azərbaycan-İran münasibətlərində yeni mərhələ
İranın paytaxtı Tehran ciddi su böhranı ilə üz-üzədir. “Tehranın həqiqətən suyu yoxdur. Bu şəkildə davam edə bilmərik”, – deyən Prezident Məsud Pezeşkian, paytaxtın köçürülməsi planını yenidən gündəmə gətirdi.
İran Prezidenti Məsud Pezeşkian, Tehrandakı su çatışmazlığının bu tempdə davam etməsi və buna dair həll yolları tapılmaması halında xalqı su ilə təmin etməyin mümkün olmayacağını söylədi.
Tehranda islahatçı qanadın əsas qurumu olan “Reform Cəbhəsi” üzvlərini qəbul etdiyi görüşdə çıxış edən Pezeşkian, paytaxtdakı su böhranına toxundu və paytaxtın köçürülməsi fikrini bir daha dilə gətirdi.
Su böhranı səbəbilə Tehranda bu gün tətil elan edildiyini xatırladan Prezident Pezeşkian dedi: “Enerji balanssızlığı ciddi bir mərhələdədir. Tehranın həqiqətən suyu yoxdur və bu şəkildə davam etsək, xalqımıza su verə bilməyəcəyik.”
“Bu şəkildə davam etməyə imkan yoxdur”
Paytaxtın Tehrandan köçürülməsi fikrini bir daha təkrarlayan Pezeşkian belə deyib: “Mən daha əvvəl demişdim ki, paytaxtı köçürməliyik. Bəziləri məni tənqid etdi, amma bu şəkildə davam etməyə imkan yoxdur.”
İranda davam edən quraqlıq səbəbilə su anbarlarındakı səviyyənin azaldığı bildirilmişdi. Tehranın Su İdarəsinin 20 iyulda verdiyi açıqlamada, Tehrana su təmin edən anbarlardakı ehtiyatların son 100 ilin ən aşağı səviyyəsinə düşdüyü vurğulanaraq, xalqa qənaət çağırışı edilmişdi.