
Üz verəndə astar istəyənlər ...
Ravvinləri Bakıya dəvət edib-etməməyi mollalardan soruşmalıyıq?
Ravvinləri Bakıya dəvət edib-etməməyi mollalardan soruşmalıyıq?
İranlı deputat nüvə silahı prosesini gizli davam etdirməyi tələb edir
İki ölkə prezidenti İranın nüvə məsələsini müzakirə edib
Bakı ən azı texniki xarakterli razılıq əldə etmək üçün görüşlərin təşkilinə səy göstərir
Nüvə yoxlamalarının bərpasını təmin edəcək razılaşma əldə olundu
Hindistan-İran-Ermənistan yaxınlaşması
"Hər il 560 mindən çox insan sanksiyalar səbəbindən həyatını itirir"
Qrossi yoxlamalarla bağlı aparılan görüşlərdə İrana xəbərdarlıq etdi
İranın Azərbaycana qarşı siyasəti
Qaçaqmalçılıqla məşğul olan gəmiçilik şirkəti qara siyahıya salınıb
Moskva nə üçün Tehran əleyhinə “snapbake”ə qarşı çıxır?
Tehran nüvə silahı hazırladığı iddialarını dəfələrlə rədd etmişdi
İran və Avropa arasında “snapback” krizi
İrandan Avropaya sanksiya xəbərdarlığı
Avropa ölkələri İrana qarşı “snapback” mexanizmini işə saldı
Agentliyin rəhbəri Rafael Qrossi yüksək səviyyəli qoruma altına alınıb
Ukrayna və İran hadisələri Putin və Xameneyinin qorxaq xarakterini aşkara çıxarmaq baxımından çox önəmlidir. Adi vaxtlarda hamıya meydan oxuyan bu toksik liderlər dron və bomba səsini eşidən kimi dərhal qaçıb öz yeraltı bunkerlərində gizlənirlər.
Beləliklə, Rusiya və İranı idarə edən bu şəxslərin cəsurluğu, mübarizliyi, fədakarlığı haqda aparılan təbliğatlar, yaradılan obrazların hamısı mifdir, əfsanədir, uydurma hekayələrdir.
Budur, öz generallarını və nüvə alimlərini ölümə verən, İrandakı xalqları böyük fəlakətlə üz-üzə qoyan “cənab” Xameneyi düz 10 gündür ki, əbasının-qəbasının ətəklərini ovcunda dəstələyərək tələm-tələsik ortadan qeyb olub, Tehranın ətrafındakı bunkerlərdən birinə sığınıb, oradan ara-sıra mesaj göndərir, ABŞ və İsraili hədələyir.
Böyük ideallardan, müqəddəs mübarizədən dəm vuran bu adam ona inanan, ona güvənən milyonlarla insanı elə ilk fürsətdə tək qoyub, öz əziz canının hayına düşüb.
Bu gün ayətullahları nə Tehrandakı rəsmi dövlət binalarında, nədəki tv ekranlarında görmək mümkün deyil. Döyüşkən və davakar mollaların hamısı yeraltı hücrələrinə çəkilib, gizləniblər. Buna məcburi inziva da demək mümkündür.
Göründüyü kimi bu gün qosqoca İranın çoxsaylı, nəhəng dövlət əyan-ərkanından ortada qalan, adam arasına çıxan, efirlərdə görünən cəmi ikicə nəfərdir – Məsud Pezeşkian və Abbas Araqçı (XİN başçısı).
Araqçı bugünlərdə özünə əl qatıb maksimum aktivlik, canfəşanlıq göstərir, bir yandan Cenevrədə Avropa təmsilçiləri ilə görüş keçirir və İranın “sülhsevər ölkə” olduğunu iddia edir, o biri yandan İstanbulda İƏT-in sessiyasına qatılır və hamını müsəlman həmrəyliyinə çağırır, digər tərəfdən isə Moskvaya gedib Putinə deyir ki, sən İranı dəstəkləməklə Rusiyanın “tarixin doğru tərəfində” olduğunu sübut edirsən.
Bir sözlə, fars kökənli Araqçı ayətullahların batmaqda olan gəmisini, İranın sarsılan imicini və öz kürsüsünü hər vəchlə xilas etməyə çalışır.
Həkim şəfqəti siyasi liderliyinə üstün gələn mülayim adam – Məsud Pezeşkian isə xəstəxanalardakı yaralılara baş çəkir, insanlara toxtaqlıq verir, mollaların sərsəm, səfeh siyasətinin ağır nəticələrini bir şəkildə yumşaltmağa çalışır.
Beləliklə, bu gün Pezeşkian viran qalmış İranda yeganə siyasi liderdir ki, vahiməli dron uğultusu və bomba səsləri altında qaçıb aradan çıxmağa yox, ona səs verib prezident kimi etimad göstərmiş milyonlarla insanın yanında qalmağa, onlara həyan olmağa üstünlük verir.
Bu isə o deməkdir ki, İranın yaxın gələcək dövr üçün lideri və ya yenilənən İranın rəhbəri də nə Xameneyinin “varis” təyin etdiyi mollalar (Müctəba Xameneyi və Həsən Xomeyni), nədəki pəhləvilər deyil, məhz Pezeşkian olmalıdır.
ABŞ-ın İranın nüvə obyektlərinə hücumlardan sonra İranda və bölgədə yeni şərait, yeni reallıqlar yaranıbsa və Donald Tramp da öz növbəsində “Make Iran Great Again” (“İranı yenidən qüdrətli edək” - MİGA) planını elan edərək növbəti mərhələyə – İranda rejim dəyişikliyinə keçidə “yaşıl işıq” yandırıbsa, bu mərhələdə liderlik missiyasını da məhz Pezeşkian daşımalıdır. Keçid dövrü İranına məhz o rəhbərlik etməlidir. İranı dinc və demokratik yolla dəyişiklikiyə apara bilən ən uğurlu namizəd də məhz Pezeşkiandır.
Bu baxımdan, İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləvinin əyyaş oğlu Reza Pəhləvinin və onun anası Fərəh Pəhləvinin gah ABŞ-dan, gah da Fransadan İran xalqını “dinc və demokratik yolla dəyişiklik uğrunda mübarizəyə” çağırmasına Ağ Evdə çox da ciddi yanaşmamalıdırlar. Çünki fürsətçi Pəhləvilərin gəlişi İrana əsla dinclik gətirməyəcək. Pəhləvilərin qayıdışından sonra İran daha da “qaynar qazan”a çevriləcək.
Odur ki, Tramp İranın gerçəkdən də cilovlanmış, ram edilmiş dinc ölkəyə çevrilməsini hədəfləyirsə, bu faktoru mütləq nəzərə almalıdır.
Qərbin Pezeşkianın öndərliyi ilə “yeni İran” planına start verməsi bölgə ölkələri üçün də, Azərbaycan üçün də hazırkı məqamda ən optimal variant olardı.
Xameneyinin diktəsindən və SEPAH-ın basqılarından xilas olan, bütün idarəçilik yetkilərini öz əlinə alan Pezeşkian İranı toksik ölkədən, şər yuvasından tədricən adekvat ölkəyə çevirə və bütün qonşularıyla da normal münasibətlər qura bilər. Və beləcə, Pezeşkianın hələ seçki kampaniyası zamanı etdiyi çağırış da (“qonşu ölkələrlə, ilk növbədə isə Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq lazımdır”) gerçəkləşmiş olar.
P.S. Keçid (və ya yeni İran) hökumətinə məhz Pezeşkianın rəhbərlik etməsinin Güneydəki soydaşlarımız üçün də gələcək hədəflər baxımından kifayət qədər xeyirli nəticələri ola bilər...