İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
09:38 | 8 may 2026 | Cümə
Məqaləyə 161 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
ABŞ və İran qüvvələri arasında Hörmüz boğazı yaxınlığında baş verən qarşıdurmadan sonra dünya bazarında neft qiymətləri kəskin yüksəlib.
VAXT.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, Asiya sessiyasında ticarət zamanı “Brent” markalı neftin iyul fyuçersləri 2,1% bahalaşaraq bir barel üçün 103,37 dollara çatıb. ABŞ-ın “WTI” markalı yüngül nefti isə 2,2% artaraq 96,90 dollar olub.
Bundan əvvəl, dünən keçirilən ticarət sessiyasında neft qiymətləri təxminən 1% ucuzlaşmışdı.
Qiymət artımı İranın ABŞ-ni Hörmüz boğazına daxil olan İran neft tankerini və digər bir gəmini hədəfə almaqda ittiham etməsindən sonra başlayıb. Tehran həmçinin Keşm adası və ətraf sahil bölgələrinin də hücuma məruz qaldığını bildirib.
ABŞ ordusu isə əməliyyatların özünümüdafiə məqsədilə həyata keçirildiyini açıqlayıb. Vaşinqtonun məlumatına görə, İranın pilotsuz uçuş aparatları, raketləri və kiçik hərbi katerləri strateji su yolundan keçən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus üç esminesi hədəfə alıb. ABŞ tərəfi hücum nəticəsində heç bir hərbi obyektin zərər görmədiyini vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp isə bazarlardakı narahatlığı azaltmağa çalışaraq hadisəni “yalnız kiçik toqquşma” adlandırıb. O, “ABC News” telekanalına müsahibəsində İranla əldə olunan atəşkəsin hələ də qüvvədə olduğunu bildirib.
Daha sonra İran dövlət mediası insidentin baş verdiyi bölgələrdə vəziyyətin normallaşdığını açıqlayıb.
Bununla belə, qlobal bazar Hörmüz boğazı ətrafında gərginliyin daha da artması riskindən narahatdır. Çünki dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən beşdə biri məhz bu strateji marşrutdan keçir.
Geosiyasi gərginlik fonunda ABŞ dolları da möhkəmlənib, fond fyuçersləri isə təzyiq altında qalıb. İnvestorlar bu gün açıqlanacaq ABŞ-nin kənd təsərrüfatı sektoru üzrə məşğulluq hesabatı öncəsi daha təhlükəsiz aktivlərə yönəlirlər.