Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
10:57 | 6 aprel 2026 | Bazar ertəsi
Məqaləyə 256 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiyanın dominantlığında olan Avrasiya İqtisadi İttifaqı (Aİİ) Çin və Azərbaycan mənşəli məhsullara tətbiq edilən rüsumların müddətini uzadıb.
VAXT.AZ “Kommersant” qəzetinə istinadən xəbər verir ki, ittifaqın alt qurumu olan Avrasiya İqtisadi Komissiyasının (AİK) qərarına əsasən, alüminium lent məhsulları ilə bağlı aparılan təkrar antidempinq araşdırması çərçivəsində, Azərbaycandan idxal olunan alüminium lentlərə tətbiq edilən 16,18% həcmində rüsumun qüvvədə qalması 29 iyun 2026-cı ilədək uzadılıb. Sözügedən məhdudiyyətlər ilk dəfə 2020-ci ilin sentyabr ayında tətbiq edilmiş və 2025-ci ilin oktyabr ayınadək nəzərdə tutulmuşdu. 2025-ci ilin iyununda sənaye qurumlarının müraciəti əsasında təkrar araşdırma başlanıb və mövcud tədbirlərin müddəti uzadılıb.
AİK-in hesabatında qeyd olunur ki, alüminium lent istehsalı və istehlakı regionda əsasən kabel sənayesi və sənaye avadanlıqları istehsalı ilə bağlıdır. İllik istehlak həcmi 140–170 min ton səviyyəsində qiymətləndirilir.
Sənədin diqqət çəkən məqamlarından biri Azərbaycanın alüminium istehsal güclərinin mövcudluğu ilə bağlıdır. Hesabatda bildirilir ki, Azərbaycan müəssisələrinin istehsal imkanları tam yüklənməyib, bu isə gələcəkdə ixrac həcmlərinin artırılması üçün potensialın olduğunu göstərir.
Azərbaycanın bəzi ixrac həcmlərinin azalması ehtimalı qeyd edilsə də, regionda alüminium istehsal potensialının qorunması sənaye üçün strateji əhəmiyyət daşıyır. İstənilən halda Azərbaycan istehsalçıları da Avrasiya bazarında mühüm iştirakçılardan biri kimi qalır.