vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 14 aprel 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
SAHİBKARLIQ  
Daha nə olmaldır? 11:21 | 14 aprel 2026 | Çərşənbə axşamı Məqaləyə 20 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Daha nə olmaldır?

Problemlər qar uçqunu kimi artmadan həll yollarını tətbiq edin

Natiq CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident və hökumət nümayəndələri bir neçə dəfə öz çıxışlarında Azərbaycanda ÜDM artımının az olmasını problem saymadıqlarını deyiblər. Dünyada belə baxış bucağı mövcuddur, amma, iqtisadi nəzəriyyə və praktika onu deyir ki, hansısa ölkədə ÜDM (Ümum Daxil Məhsul) göstəriciləri pisləşəndə, bu xalqın, əhalinin gəlirlərinə, dolanışığına mənfi təsir edir, həyat səviyyəsi aşağı düşür.

2026-cı ilin ilk rübünün göstəriciləri açıqlanıb, Azərbaycanda iqtisadi tənəzzül olduğu, iqtisadi vəziyyətin yaxşı olmadığı açıq görünür və hökumət artıq bu tendensiyanı görməzdən gələ bilməz, mütləq ciddi islahatlara start verməlidir.

2026-cı ilin ilk 3 ayında Azərbaycanda ÜDM 0,3 faiz azalıb, yəni, ressesiya başlayıb. Onu da nəzərə alaq ki, mart ayında neft qiymətləri kəskin artıb, buna baxmayaraq ÜDM-də azalma var, deməli, problemlər çox dərinləşib.

Qonşularımıza baxanda görürük ki, Gürcüstanda 8,4, Özbəkistanda 7-dən çox, Qıröızıstanda 8,8 faiz ÜDM artımı var.

Digər göstəricilər də ürəkaçan deyil – bu ilin ilk 2 ayında Azərbaycanın ticarət dövriyyəsi 2025-ci ilin yanvar-fevral aylarına nisbətən 23,5 faiz azalıb. İxrac 9,6, idxal isə 37,1 faiz azalma göstərib. Bu çox təhlükəli tendensiyadır, insanların alıcılıq qabiliyyəti düşüb, biznes isə investisiya yönümlü avadanlıq almır.

Gələk vətəndaşın gəlirlərinə – insanların gəlirləri nominal ifadədə 5,3 faiz artıb (bu pis deyil), amma, ölkədə rəsmi inflyasiya 5,7 faiz olub – yəni, inflyasiya vətəndaşın gəlir artımını yeyib-bitirib, vətəndaşın real gəlirləri azalıb.

Bu il problemli kreditlərin həcmi də artıb – 2026-cı ilin yanvarın Azərbaycanın bank sektorunın qeyri-işlək, probli kreditlər portfeli 763 milyon manat təşkil edib. Ötən illə müqayisədə qeyri-işlək portfellər üzrə istehlak kreditlərində 58 milyon manat, biznes kreditlərində isə 54 milyon manat artım olub. Nəticədə, qeyri-işləklərin cəmi kredit portfelində payı 0,1 faiz bəndi artaraq 2,5 % təşkil edib.

Xatırladım ki, iqtisadi nəzəriyyəyə görə problemli kreditlər ümumi kreditlərin 3 faizini keçərsə, bu təhlükəli hal sayılır. Bizdə artıq 2,5 faizə çatıb, sürətlə də artır, ilin sonuna, çox güman, 3 faizi keçəcək.

Hörmətli hökumət, vəziyyət çox ciddidir, lütfən fərqinə varın, problemlər qar uçqunu kimi artmamış, həlli yollarını tətbiq edin. Kiçik-orta sahibkarlıq boğulur, qiymətlər sürətlə artır, insanların real gəlirləri azalır, iqtisadi daralma yaşanır – daha nə olmalıdır ki, həyəcan siqnalını eşidib, hərəkətə keçəsiniz?!


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)