
Pauell ssenariləri bazarda gərgin gözlənti yaradıb
Analitiklər inflyasiya və faiz qərarlarına dair yeni risklərdən danışır
Analitiklər inflyasiya və faiz qərarlarına dair yeni risklərdən danışır
Yaponiya mediasında yeni detallar
Qəzet Şotlandiya səfəri zamanı Trampı müşayiət edən mətbuat siyahısından çıxardı
FED sədri Konqresə yalan danışıb?
Tramp, “SpaceX”in müqavilələrini ləğv etdirə bilmədi
“Adınızı dəyişin, yoxsa stadion olmayacaq”
Tramp “Wall Street Journal”ın Pauell iddiasını təkzib etdi
Tramp–FED qarşıdurmasına maliyyə cavabı
Lutnik: “ABŞ-AB ticarət razılaşması mümkündür”
Medvedevdən Qərbə hücum təhdidi
Demokrat sələfinin 4 ildə etdiyini, Respublikaçı lider 5 ayda bacardı
Tramp dələduz adlandırdığı ermənipərəst konqresmeni biabır etdi
Ukraynaya dəstək üçün “yumşaq əllər cibə” çağırışı
ABŞ prezidenti 92 milyard dollardan çox investisiya ediləcəyini açıqladı
Yaxud Tramp və Ukrayna labirinti
MKİ Kennedini öldürən Ozvald haqqında illərlə yalan danışıb
Əgər bu dava “danışılmış döyüşdürsə” (90 faiz elə olduğunu düşünürəm), bir çox məqsədləri var, gözəl düşünülmüş PR gedişatdır. Siyasətdə belə “davalar” bəzən taktiki hədəflər üçün olur:
1. Tramp bir çox məsələlərdə qısa müddətə böyük uğurlar əldə edə bilmədi: Ukrayna ilə Rusiyanı masaya otuzdurdu, amma nəticə yoxdur, İranla danışıqlar gedir, amma nəticəsizdir, Qəzza məsələsində həll yolu tapılmayıb – media Trampı artıq “didməyə” başlayırdı, bu “dava” ilə medianın bütün diqqəti əsl problemlərdən yayındı, “dava” əsas müzakirə mövzusu oldu. Siz elə bilirsiniz ki, “gündəmi dəyişmək” tək bizdə olur?!
2. ABŞ-ın köklü elitası (Respublikaçılar və Demokratlar) Maskın davranışlarını həzm edə bilmirdilər, Demokratlar daha yaxın olan media Maskı “əsl prezident odur”, deyə təqdim edirdilər, deməli, ilk 5 ayın uğursuzluğunu da Maska yükləmək üçün yaxşı şərait yarandı, Mask da əsl dost kimi zərbəni öz üzərinə götürüb, Trampın daha yaxşı “işıqda” görünməsinə səbəb oldu,
3. Belə davalar komandanın içində və kənarda olan “çürük meyvələrin” təsbit edilməsi üçün idealdır – bir qrup Trampa, bir qrup isə Maska yaxınlaşmağa cəhd edərək özlərini “kölgədən” çıxardırlar, bu da siyasətdə ciddi rol oynayır,
4. Mask “müxalif” görünməklə Trampın ilk aylarında xəyal qırıqlığına uğrayan Respublikaçı elektoratı da konsalidə edir, onların Demokratlar cəbhəsinə keçməsinə imkan vermir,
5. Nəhayət, mənim proqnozum odur ki, bu “danışılmış döyüşün” məqsədləri tamamlandıqdan sonra, yaxın 2-3 ayda, bəlkə də daha tez, Tramp və Mask barışacaqlar.
Lindsi Qrahamın Rusiyaya qarşı yeni “dağıdıcı” sanksiyalar təşəbbüsü
Senator Qrahamın təşəbbüskarı olduğu Rusiyaya qarşı yeni sanksiyalar hazırlanıb – məğzi də budur ki, Rusiyadan neft-qaz, neft məhsulları, təbii sərvətlər alan ölkələrə 500 faizlik tarif tətbiq edilməlidir. Çox vahiməli səslənsə də, içiboş, mənasız və yerinə yetirilməsi mümkünsüz olan məsələdir. Rusiyadan ən çox qaz alan ölkə Avropada Fransadır, neft-qaz alan ölkələr sırasında Macarıstan, Slovakiya, İtaliya, hətta Almaniya, və s. dövlətlər var və ya, ən çox neft alan ölkə Hindistandır, onlara 500 faizlik tarif necə tətbiq olunacaq?! Bəs Çin – indi Vaşinqtonla Pekin Londonda görüşür, tarif anlaşması olacaq, o zaman Çinə 500 faizlik tarif necə tətbiq edilə bilər axı?! Əgər belə bir qanun qəbul edilsə, o zaman ABŞ özü-özünə də sanksiya qəbul etməlidir – ABŞ-ın urana olan tələbatının, az qala, yarısını Rusiyadan alır. Absurddur, deyilmi?! Amma, insanlar dərin analiz edə bilmir, qəhrəman Ukrayna xalqında illüziyalar yaranır ki, bu sanksiyalarla Rusiyanı çökdürmək mümkün olacaq.
Uğur və uğursuzluq
Qəhrəman Ukrayna xalqı, ordusu, əsgəri, təhlükəsizlik orqanları son 10-15 gündə dünya tarixinə düşəcək möhtəşəm əməliyyatlar keçirdilər, Rusiyaya çox ağır zərbələr vurdular, Rusiyanın gözü dronlardan, hücumlardan açılmır, Kreml, hətta ən yaxşı bacardığı işi – faktların gizlədilməsi, xalqını qoyun yerinə qoyması işini belə gizlədə bilmir. Rusiya da Ukraynanın şəhər və kəndlərini vəhşicəsinə raket-dron atəşinə tutur. Bəziləri deyir ki, Ukrayna “Hörümçək toru” əməliyyatını keçirməsə, Rusiya dəmir yollarına hücum etməsəydi, Rusiya raket atmazdı – tamamən yanlışdır, Rusiya zatən vəhşicəsinə Ukraynanı xaraba qoymaqla məşğuldur, bu əməliyyatlar olmasaydı da raket-dron hücumları hər gün baş verəcəkdi, necə ki, bundan öncə də baş verirdi. Son əməliyyatlar Ukraynanın böyük uğurudur – buna şübhəm yoxdur. Amma, bu əməliyyatlar sırf cəbhə bölgəsində döyüşlərə həmən və birbaşa təsir edirmi – təəssüf ki, yox. Rusiya hər gün Ukraynanın yeni kənd və qəsəbələrini işğal edir, artıq Sum vilayətində onlarla yaşayış məskəni işğal edilib, Sum şəhərinin 20 km-nə qədər irəliləyib. Deməli, Ukraynanın xüsusi əməliyyatları nə qədər uğurlu olsa da, bu birbaşa cəbhədə vəziyyəti, hələ təəssüf ki, dəyişmir.
Çünki, bu müharibədə iştirak edənlərin müxtəlif hədəfləri, müxtəlif resurs bazaları var. Bu müharibə resurs müharibəsidir – təəssüf ki, Rusiyanın insan və iqtisadi mobilizasiya resursu Ukraynadan çoxdur (Bu haqda hələ 1,5 il öncə Zalujnı böyük bir məqalə yazmışdı). Amma, bu müharibədə Qərb istəyinə addım-addım çatdı-çatır, doğrudur, bunun bədəlini Ukrayna xalqı ödəyir, amma sinik siyasət belədir.
Cəmi 5-6 il əvvəl Rusiyanın strateji, nüvə triadasına daxil olan təyyarələrin məhv edilməsi mümkünsüz idi – indi Ukrayna bunu edir, cəmi 5-6 il əvvəl Rusiya ərazisinə zərbələr xəyal idi – indi Ukrayna bunu hər gün həyata keçirir. Cəmi 5-6 il il əvvəl NATO-nun Rusiya ilə quru sərhədi 1200 km idi – indi 2400 km-dır, Finlandiya və İsveç NATO ölkəsi, Baltik dənizi artıq NATO dənizidir. Cəmi 5-6 il əvvəl Rusiya Qara Dənizdə hakimi-mütləq idi, indi burnunu belə Qara Dənizə çıxarda bilmir. Bütün bunlar Qərbin uğurudur, Rusiyanın uğursuzluğudur, amma, təəssüf ki, "Qərbin uğuru = Ukraynanın uğuru", formulu işləmir. İndi Avropaya müharibənin indidən belə 2-3 il də davam etməsi lazımdır ki, öz hərbi-sənaye kompleksini tam işə salsın, silah istehsalını kəskin artırsın – baş versə, bu da Avropanın, Qərbin uğuru olacaq, amma bu uğurun əsas bədəlini yenə qəhrəman Ukrayna xalqı ödəyəcək.