vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 22 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
ELM-TEXNİKA  
Elon Maskın xəyalı baş tutmadı 11:41 | 22 oktyabr 2025 | Çərşənbə Məqaləyə 27 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Elon Maskın xəyalı baş tutmadı

“Hyperloop” futuristik nəqliyyat ideyası reallığa çevrilmədi

Orxan MİRZƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

İlon Maskın 2013-cü ildə irəli sürdüyü “Hyperloop” ideyası – hava müqavimətinin minimuma endirildiyi borularla hərəkət edən kapsul nəqliyyatı – bir vaxtlar gələcəyin sürətli nəqliyyat inqilabı kimi təqdim olunurdu. Lakin on il sonra bu layihənin ən iddialı nümayəndəsi “Hyperloop One” fəaliyyətini dayandırdı.

2014-cü ildə yaradılan şirkət, şəhərlərarası səyahəti təyyarə sürətinə çıxarmaq və nəqliyyatı tamamilə dəyişmək vəd etmişdi. Lakin 450 milyon dollardan çox sərmayəyə baxmayaraq, şirkət heç bir kommersiya müqaviləsi imzalaya bilmədi və 2023-cü ilin sonuna qədər bağlanacağını açıqladı.

 

Texnologiya nəyə əsaslanırdı?

 

“Hyperloop” konsepsiyası kapsulların maqnitlə havada qalxaraq hava müqaviməti azaldılmış borular içində hərəkətinə əsaslanırdı. Məqsəd 700 mil/saat (təxminən 1100 km/saat) sürətə çatmaq idi — yəni Nyu-Yor-London arasındakı məsafə cəmi bir saata qət olunmalı idi.

Lakin sistemin təhlükəsiz vakuum şəraitinin qorunması, yüksək “G” qüvvələrinin sərnişinlərə təsiri və dəqiq mühəndis idarəetməsi kimi kritik problemlər həllini tapmadı.

 

Uğursuzluğun səbəbləri

 

“Hyperloop One” 2020-ci ildə 100 mil/saat sürətlə sınaq keçirsə də, bu, nəzərdə tutulan sürətin cüzi hissəsi idi. Şirkət həm texniki çətinliklər, həm də daxili qalmaqallar, rəhbərlik dəyişiklikləri və hüquqi mübahisələr səbəbindən sabit inkişaf göstərə bilmədi.

2022-ci ildə “Virgin” brendindən ayrılan şirkət yalnız yükdaşıma istiqamətinə fokuslansa da, heç bir tərəfdaş tapa bilmədi. Nəticədə bütün əmlakı satılacaq, patentləri isə əsas investor “DP World”ə keçəcək.

“Hyperloop One”ın iflası layihənin sonu kimi görünsə də, bu təcrübə maqnit levitasiya, aerodinamika və enerji səmərəliliyi sahələrində yeni tədqiqatlara yol açdı.

Kanadalı “TransPod” kimi bir neçə startap hələ də ideyanı inkişaf etdirməyə çalışır, lakin nə infrastruktur, nə də qanunvericilik bazası bu texnologiyanın kütləvi tətbiqinə hazır deyil.

Mütəxəssislər hesab edir ki, “Hyperloop” hələlik reallıqdan çox elmi laboratoriya səviyyəsində qalır, amma onun yaratdığı texnoloji yeniliklər gələcəyin nəqliyyatında öz yerini tapacaq.