
“Birdən-birə istifadədən çıxarmaq səhv idi”
İstifadəçilər etiraz etdi, “ChatGPT” geri addım atdı
İstifadəçilər etiraz etdi, “ChatGPT” geri addım atdı
Şahmat finalında “OpenAI”ın o3 modeli “xAI”ın “Grok 4”ünü əzib keçdi
Sabiq “OpenAI” əməkdaşından Süni intellektlə bağlı qorxulu proqnoz
Modellər arasında ən ağıllı, sürətli və istifadəsi rahat olanıdır
Maaşlar 100 milyon dollara çatır
Süni intellektlə yazışmalar məhkəmədə sübut kimi istifadə oluna bilər
“ChatGPT” sayəsində bir ayda borcundan qurtuldu
“OpenAI”nin sabiq mütəxəssisi: “Süni intellekt bir neçə ilə nəzarətdən çıxacaq”
Həkimlərdən xəbərdarlıq: “Süni intellekt zehni sağlamlığı poza bilər”
Süni intellekt nəhəngi 6 ayda 10 milyard dollarlıq dəyərə çatıb
“OpenAI” daxili casusluqdan qorunmaq üçün tədbirləri gücləndirir
Qərb texnologiya nəhəngləri də “DeepSeek”ə müraciət edirlər
Süni intellekt modellərinə nə baş verir?
Alman məktəblərində Süni intellekt narahatlığı
Süni intellektlə danışanlar ehtiyatlı olun!
İş dünyasının qızıl qaydası dəyişdi
“Merge Labs” təşəbbüsü, “OpenAI” rəhbəri Sam Altmanın süni intellekti insanlara yerləşdirmə yarışının “çox daha qəribə hala gələcəyini” söyləməsindən sonra ortaya çıxdı.
“ChatGPT”nin yaradıcısı “OpenAI”ın insanları süni intellektlə bütünləşdirməyi hədəfləyən bir beyin implantı təşəbbüsünə investisiya qoymağı planlaşdırdığı bildirildi.
Yeni təşəbbüs “Merge Labs”, insanların kompüterləri düşüncələri ilə idarə etməsini təmin edən beyin-kompüter interfeysi (BCI) çipləri inkişaf etdirən İlon Maskın “Neuralink” şirkətinə rəqib olur.
“Financial Times”ın xəbərinə görə, “OpenAI” yeni təşəbbüs üçün 250 milyon dollarlıq maliyyələşdirmə turuna rəhbərlik etməyi planlaşdırır və dəyərləndirmənin 850 milyon dollar olacağı gözlənilir.
Keçən il kuadripleji (boyundan aşağısının iflic olması) xəstələr üzərində beyin çipi texnologiyasının insan üzərində sınaqlarına başlayan “Neuralink”, yaxın zamanda 9 milyard dollar dəyərləndirmə ilə 600 milyon dollar topladı.
Mask 2030-cu illərdə milyonlarla “Neuralink” cihazını insanların beyinlərinə yerləşdirməyi, son hədəfin insanların beyin və bədən gücləndirməsi vasitəsilə süni intellektlə rəqabət apara bilməsini təmin etmək olduğunu bildirmişdi.
Yeni BCI təşəbbüsünün adı, “OpenAI”ın təsisçi ortağı və CEO-su Sam Altmanın insanlar və maşınlar arasındakı “birləşmə” haqqında 2017-ci ildə yazdığı blog yazısına göndəriş kimi görünür.
Altman, “Birləşmənin bir neçə il əvvəl başladığına inanıram. Çox daha qəribə olacaq. Bəlkə də əksər insanların düşündüyündən daha tez baş verəcək”, – yazıb.
O dövrdə insan və süni intellektin bu birləşməsinin 2025 ilə 2075 arasında baş verəcəyini proqnozlaşdırmışdı.
2015-ci ildə “OpenAI”ı birlikdə qurduqdan sonra Altman və Mask süni intellekt inkişaf sahəsində bir-birinin rəqibi olublar. “Tesla” rəhbəri 2018-ci ildə “OpenAI”dan ayrılıb 2023-cü ildə öz təşəbbüsü “xAI”i qurdu.
Eyni il “xAI”, “OpenAI”ın bazar lideri “ChatGPT”yə rəqib olmaq üçün “Grok” adlı yaradıcı süni intellekt söhbət robotunu təqdim etdi.
Mask, hələ rəsmi elan edilməyən “Merge Labs” haqqında son xəbərə təəccüb bildirən emoji ilə cavab verdi.