vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 5 may 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
ELM-TEXNİKA  
Radardan yayınan yeni PUA-lar 12:18 | 5 may 2026 | Çərşənbə axşamı Məqaləyə 15 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Radardan yayınan yeni PUA-lar

Yaponiya ucuz başa gələn yeni texnologiya ilə müasir müharibənin balansını dəyişir

MEHİN, VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir parça büzməli kartonun milyard dollarlıq hərbi texnologiyalarla rəqabət apara biləcəyi fikri ilk baxışda qeyri-real görünə bilər. Lakin Yaponiya bu konsepsiyanı praktik həllə çevirərək aşağı maliyyətli, lakin effektiv pilotsuz uçuş aparatları (PUA) texnologiyalarını inkişaf etdirir.

VAXT.AZ “The Defense Post”a istinadən xəbər verir ki, Yaponiyanın müdafiə naziri Şinjiro Koizumi bu yaxınlarda büzməli kartondan hazırlanmış pilotsuz uçuş aparatları istehsal edən “AirKamuy” startapı ilə görüş keçirib. Görüşdə əsas müzakirə mövzusu ucuz, sürətli istehsal olunan və radarlar üçün çətin aşkarlanan PUA-ların hərbi tətbiqi olub.

Sadə material seçimi arxasında ciddi mühəndislik yanaşması dayanır.

Bunlardan biri radardan yayınmadır. Metal konstruksiyalar siqnalları güclü əks etdirdiyi halda, karton və oxşar materiallar daha zəif siqnal qaytarır. Bu isə PUA-ların aşkar edilməsini çətinləşdirir.

Növbəti üstünlük PUA-ların həddindən artıq ucuz olmasıdır. “AirKamuy 150” modelinin təxminən 2500 dollara qeyd olunur. Bu isə bahalı hava hücumundan müdafiə sistemlərinə qarşı ciddi iqtisadi üstünlük yaradır.

Nəhayət sonuncu irəliləyiş sürətli yığım və daşınmadır. PUA-lar hissələr şəklində daşınır və cəmi bir neçə dəqiqəyə istifadəyə hazır vəziyyətə gətirilə bilir. Bu, qısa müddətdə çoxsaylı PUA-ların istifadəsinə imkan verir.

Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri artıq bu PUA-lardan təlimlərdə hərəkətli hədəflərin vurulumasında istifadə edib. Əsas məqsəd onların real əməliyyat şəraitində tətbiqidir.

Hərbi ekspertlər bildirir ki, bu tip texnologiyalar müasir müharibələrdə əldən salma və ya resurs tükəndirmə strategiyasının əsas alətlərindən birinə çevrilə bilər. Yəni düşməni ucuz vasitələrlə bahalı müdafiə sistemlərindən istifadə etməyə məcbur etmək.

Bu tip sistemlər hərbi nəzəriyyədə birdəfəlik istifadə edilə bilən sistemlər (“Expendable Systems”) kimi tanınır. Onlar bir və ya bir neçə missiya üçün nəzərdə tutulur və itirilməsi ciddi maliyyə itkisi sayılmır.

Bununla belə, karton PUA-ların müəyyən zəif tərəfləri də var. Onlar hava şəraitinə qarşı daha həssasdır, yükdaşıma imkanları məhduddur və müasir elektron mübarizə vasitələri ilə zərərsizləşdirilə bilər.

Ekspertlərin fikrincə, bu texnologiyalar təkbaşına müharibələrin taleyini müəyyən etmir. Lakin onlar bahalı silah sistemləri ilə birlikdə istifadə edildikdə daha effektiv nəticə verir.

Yaponiyanın karton PUA layihəsi göstərir ki, müasir müharibələrdə üstünlük artıq yalnız texnoloji gücdə deyil, həm də sürətli və ucuz istehsal imkanlarında formalaşır. Bu yanaşma yaxın illərdə qlobal hərbi balansın dəyişməsində mühüm rol oynaya bilər.