vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 13 noyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
AVROPA  
Şübhəli PUA-lar Avropanı bürüyür 08:44 | 29 sentyabr 2025 | Bazar ertəsi Məqaləyə 331 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şübhəli PUA-lar Avropanı bürüyür

Norveçdə hava limanı bağlandı, uçuşların istiqaməti dəyişdirildi

RÖYAL

MÖVZU İLƏ ƏLAQƏLİ

Norveçdə pilotsuz uçuş aparatları (PUA) təhlükəsi səbəbindən bəzi aviareyslərin marşrutu dəyişdirilib. Yerli medianın məlumatına görə, hadisə ötən gün gecə saatlarında baş verib.

“Norveç Yayım Korporasiyası” “Norwegian” aviaşirkətinə istinadla bildirib ki, Oslodan Troms bölgəsindəki Bardufoss Hava Limanına uçan təyyarə şübhəli PUA-ların qeydə alınması səbəbindən geri dönməli olub. Hava limanı müvəqqəti olaraq bağlanıb.

Daha erkən saatlarda isə ölkənin cənubundakı Nordland vilayətinin Brönnöysund Hava Limanı yaxınlığında da PUA-ların göründüyü açıqlanıb. “Avinor” şirkətinə istinad edən məlumatlara görə, həmin insident zamanı bir uçuş başqa marşruta yönləndirilib. PUA-ların mənşəyi hələlik məlum deyil.

Oxşar hadisələr qonşu Danimarkada da qeydə alınıb. Son günlər hava limanlarının yaxınlığında bir neçə PUA aşkar edildiyindən səlahiyyətlilər uçuş qadağası tətbiq ediblər.

Danimarka Nəqliyyat Nazirliyi bildirib ki, ölkədə bütün mülki PUA uçuşları bu gündən etibarən qadağan olunur. Qadağa, həftə sonu Kopenhagendə keçiriləcək Avropa Birliyi sammiti ilə bağlı olaraq, gələn cüməyə qədər qüvvədə qalacaq.