JAS – üçü birində
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
20:27 | 22 aprel 2025 | Çərşənbə axşamı
Məqaləyə 196 dəfə baxılıb
Şriftin ölçüsü
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
Günahkar iqlim dəyişikliyidir?
Kiçik qızına makiyaj etdirməyən ata və ana valideynlər hüquqlarından məhrum edildi
Norveçdə hava limanı bağlandı, uçuşların istiqaməti dəyişdirildi
Ən böyük hərbi bazası üzərində PUA-lar görünüb
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
İsveçli nazir mətbuat konfransında huşunu itirdi
Daha bir Avropa ölkəsi qonşularına qoşuldu
Avropa Komissiyası adaya maliyyə dəstəyini ikiqat artırdı
Norveçin hakim partiyası ümumi seçkilərdə qələbə qazandı
ABŞ-dan Danimarkaya “sakit olun” mesajı
Dünyanın ilk "karbon qəbiristanlığı" Norveçdə açıldı
İsveç Baş nazirinin Ankara ziyarəti sonrası NATO Təhlükəsizlik skandalı
Oxuma səviyyəsinin düşməsi Danimarkanı hərəkətə gətirdi
Yüzlərlə turist Türkiyədə hotellərdə çıxılmaz vəziyyətdə qaldı
Skandinaviya ölkələri belə istidən yanır
Rusiyanın 2022-ci ilin fevralından bəri həyata keçirdiyi Ukrayna işğalına Donald Tramp administrasiyasının Moskvaya ünvanladığı isti mesajlar əlavə olunca, Şimali Avropa ölkələri birləşdi.
Qlobal böhranlarda vasitəçilik səyləri və vətəndaşlarının rahat həyatı ilə diqqət çəkən Norveç, İsveç, Danimarka və Finlandiya artan Rusiya təhlükəsinə qarşı birlikdə hazırlaşır.
Əhalisinə nisbətdə Ukraynaya yardım edən Avropa ölkələri siyahısında birinci yerdə olan bu dörd ölkə ABŞ ordusundan asılı olmamağı hədəfləyir. Dördlüyün iqtisadiyyatının ümumi həcmi Rusiya ilə eynidir.
Ukrayna müharibəsindən sonra İsveç və Finlandiyanın NATO-ya qoşulması ilə Şimali Avropa ölkələrinin orduları daha sıx işləməyə başladı.
İsveç sualtı qayıqlar, döyüş tankları və səsdən sürətli döyüş təyyarələri istehsal edir, Norveç isə dəniz nəzarətində yaxşıdır və Arktikada strateji mövqelərə malikdir.
Finlandiya əhalisinə nisbətən Avropanın ən böyük daimi ordularından birinə malikdir və artilleriya bölmələri də güclüdür.
Danimarkada həmçinin Əfqanıstan və İraqdakı müharibələrdə ABŞ əsgərlərinə dəstək təcrübəsi qazanmış xüsusi təyinatlılar var.
5-ci şimal ölkəsi İslandiyanın nə ordusu, nə də müdafiə sənayesi var.
Karnegi Beynəlxalq Sülh Fondundan Erik Ciaramella bu ittifaqı belə şərh edir: “Onlar Almaniya kimi inteqrasiya olunmuş müdafiə sənayesi bazasına çevrilmək üçün iqtisadi və resurs potensialına malik regional qruplaşmadır, lakin onlar tamamilə fərqli təhlükə qavrayışına və siyasi iradəyə malikdirlər”.
Keçən il NATO Baş Katibliyindən ayrılandan sonra Norveçin Maliyyə naziri olan Yens Stoltenberq deyib: “Skandinaviya ölkələri 1400-cü illərdə Kalmar İttifaqından sonra ilk dəfə olaraq ortaq təhlükəsizlik siyasətinə malikdir”.
Finlandiya Beynəlxalq Münasibətlər İnstitutundan Matti Pesu deyir ki, bu yaxınlaşma digər ölkələrə də B planı təklif edə bilər: “Bu model NATO-nun Tramp dövründə dağılacağı təqdirdə gələcək üçün sığorta təmin edə bilər. Qara dəniz hövzəsi ölkələri də nümunə götürə bilər”.