
82 il sonra geri qaytarıldı
Bir neçə həftə sərgilənəcək kitab daha sonra satılacaq
Bir neçə həftə sərgilənəcək kitab daha sonra satılacaq
... Yaxud bir hərf xətasına belə güzəşt yoxdur
Özümü tanıyandan yazdığım kitab
Hər il bir roman haqqında bir cümləlik fikri olmayan minlərlə gənc 600+ bal toplayır
Bəlkə kimlər üçünsə maraqlı olar
Kağız formatda informasiyanı dəyişdirmək mümkün deyil
Azərbaycan Milli Xalça Muzeyində kitab təqdimatı
Əsərləri 4 dilə tərcümə edilən yazıçı mükafat qazandı
Gələcək Elmlə Gələcək!
... Yaxud “Mənim adım Zorbadır”
“LİBRAFF” Nigar Köçərlinin ittihamlarına cavab verib
ABŞ prezidentini rüsvay edən kitabda nələr yazılıb?
Salam Sarvanın yeni kitabı işıq üzü gördü
... Yazmayln belə dərsliklər
Ölkədə iki şey ucuz olmalıdır ...
Yay tətili dövründə şagirdlərin mütaliəsinin təşkili ciddi problem olaraq qalır
Danimarkada kitab satışına tətbiq edilən dünyanın ən yüksək vergilərindən biri aradan qaldırılır. Hökumət, “oxuma böhranı” adlandırılan vəziyyətlə mübarizə aparmaq məqsədilə kitablara tətbiq olunan 25%-lik əlavə dəyər vergisini (ƏDV) ləğv edəcəyini açıqlayıb.
Danimarka Mədəniyyət naziri Yakob Engel-Şmidt bu dəyişiklik sayəsində daha çox kitabın oxuculara çatacağına ümid etdiyini bildirib. Plan dövlət büdcəsinə illik təxminən 330 milyon krona (44 milyon avro) başa gələcək. Lakin nazir bunu ölkənin “mədəni gələcəyinə sərmayə” kimi qiymətləndirib.
Engel-Şmidt ölkə mediasına açıqlamasında, “Bu, mədəniyyət naziri kimi illərdir uğrunda çalışdığım bir məsələdir. Təəssüf ki, son illərdə yayılan oxuma böhranını aradan qaldırmaq üçün hər şeyi riskə atmalı olduğumuza inanıram”, – deyib.
Onun sözlərinə görə, danimarkalıların mədəniyyətə və kitaba çıxışı üçün bu qədər böyük vəsaitin ayrılması nadir haldır və hökumətdəki həmkarlarını buna inandırmaq asan olmadı.
Qərar, OECD-nin (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) açıqladığı narahatedici statistikadan sonra verilib. Araşdırmalara görə, Danimarkada 15 yaşlı hər 4 gəncdən biri sadə bir mətni belə başa düşməkdə çətinlik çəkir. Nazir Engel-Şmidt bu rəqəmləri “şokedici” adlandırıb.
Sorğular həmçinin gənclər arasında oxuma səviyyəsinin getdikcə düşdüyünü göstərir. Mütəxəssislər bunu diqqət müddətinin qısalması və rəqəmsal həyatın sonsuz yayındırıcı təsirləri ilə əlaqələndirirlər.
Danimarka indiyə qədər kitablara 25%-lik ƏDV tətbiq edirdisə, qonşu İskandinav ölkələri daha əlverişli şərait yaradıb: Finlandiyada kitab vergisi 14%, İsveçdə 6% təşkil edir, Norveçdə isə ümumiyyətlə kitablar vergidən azaddır.