
“Fitch” və “S&P”dən bədbin proqnoz
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Trampdan kütləvi ixtisarla hədələdi
Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
“Deportasiya qoxusunu sevirəm”
Polşada hərbi pilot həlak oldu, aviaşou ləğv edildi
“İstefa etməsə, vəzifəsindən kənarlaşdıracağam”
Təyyarənin endirə bilən təcrübəli pilot faciənin qarşısını aldı
Çimərliklər bağlandı
... Sosial şəbəkədə etirazlar yağdı
Oxuma səviyyəsinin düşməsi Danimarkanı hərəkətə gətirdi
Alyaska – ortodoks kilsələri, raket bazaları və siyasi mühacirlərin sığınacağı
Kreml Tramp-Putin görüşləri ərəfəsində köhnə palan içi tökür
Tramp Vaşinqtona əsgər yığır
ABŞ-da bir kitab, müvəqqəti verildikdən 82 il sonra San Antonio Kitabxanasına geri qaytarılıb. Evlilik və ailə məsləhətçisi Fransis Brüs Straynın (Frances Bruce Strain) yazdığı “Uşağınız, ailəsi və dostları” (“Your Child, His Family, and Friends”) adlı kitab, “Ümid edirəm gecikmə haqqı alınmaz, çünki nənəm artıq ödəyə bilməz” yazılı bir qeyd ilə geri qaytarılıb.
Kitabxanaya görə, kitab 1943-cü ilin iyulunda oxumaq üçün götürülmüş və bu iyun ayında Oregon ştatında yaşayan biri tərəfindən geri qaytarılıb.
Kitabı geri verən şəxs, məktubunda kitabı atasının ölümündən sonra aldığını qeyd edib.
“Babamın yaxınlarda vəfat etməsindən sonra geridə qalan bir neçə qutu kitabı miras aldım”, – deyə o yazıb.
Kitab, valideynlərə uşaqlarının münasibətlərini idarə etmələrinə kömək edəcək tövsiyələr verir. Kitabı oxumaq üçün götürən nənə 1943-cü ildə kitabı götürdükdə, geri qaytaran şəxsin atası təxminən 11 yaşında idi.
Kitabı qaytaran şəxs belə nəticəyə gəlib: “Kitab, böyük nənəm Mariya del Sokorro Aldrete Flores (Kortez) tərəfindən götürülmüş olmalıdır”.
O il ABŞ səfirliyində işləmək üçün Meksikaya köçmüş və kitabı özü ilə aparmışdı. Təxminən 82 il sonra kitab onun əlinə çatıb.
Kitabın içərisində gecikmə haqqının gündə 3 sent olduğunu göstərən möhür var. İnflyasiyanı nəzərə almasaq, gecikmə haqqı təxminən 900 dollar olardı. İnflyasiya ilə bu məbləğ 16 min dollara qədər çıxırdı.
Xoşbəxtlikdən, kitabxana 2021-ci ildə geri qaytaranlardan gecikmə haqqı alınmasını dayandırıb.
Kitabxana bildirib ki, kitab “yaxşı vəziyyətdədir” və avqust ayının sonuna qədər şəhərin mərkəzi kitabxanasında sərgilənəcək. Sonra kitab, San Antonio Kitabxanası Dostları təşkilatına bağışlanacaq və kitabxanaya dəstək məqsədilə satılacaq.
82 il gecikmiş bir kitabı geri qaytarmaq uzun bir müddət olsa da, bu, kitabxanaya kitab qaytarmaq rekorduna yaxın deyil.
“Guinness Dünya Rekordları”na görə, bu rekord 1956-cı ildə İngiltərədəki Kembric Universitetinə bağlı Sidney Sussex Kollecinə qaytardığı kitabla qırılıb.
Həmin kitab universitetdən 1668-ci ildə götürülmüşdü; bu da təxminən 288 il boyunca xaricdə qalması və ABŞ-ın bir millət kimi mövcudluğundan daha uzun müddət gecikməsi deməkdir.