
“Fitch” və “S&P”dən bədbin proqnoz
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Geniş kreslo tələb edən sərnişin təyyarədən endirildi
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Trampdan kütləvi ixtisarla hədələdi
Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
Qan dövranında problemlər yarana bilər
“Deportasiya qoxusunu sevirəm”
2 nəfər öldü
Uçuş dayanmayanda ayağa qalxan sərnişinlərə cəza
II Dünya müharibəsinin ən bahalı silahı
Bəxşişlər artır, cəzalar sərtləşir
Almaniyada böhranı böyüyür – torpaq suyu udmur
Polşada hərbi pilot həlak oldu, aviaşou ləğv edildi
Avropada qatar biletləri təyyarədən 26 dəfə bahadır
“Spirit Airlines” şirkəti Karibləri vuran Erin qasırğasına doğru uçan reysi səbəbindən kəskin tənqidlərə məruz qalıb.
Uçuş izləmə saytı “Flightradar24” məlumat yayıb ki, avqustun 18-də Filadelfiyadan havaya qalxan və Puerto-Rikonun paytaxtı San-Xuana gedən NK2298 saylı “Spirit” reysi “4-cü kateqoriya” gücündə qasırğanın içinə doğru hərəkət edib.
Qasırğanın saatda 210 kilometrdən artıq sürətlə irəlilədiyi vaxtda həyata keçirilən uçuşda sərnişinlərin zərər görmədiyi açıqlanıb. Şirkət sözçüsü Tommi Fletçer, “Bizim üçün təhlükəsizlik həmişə prioritetdir. Pilotlarımız uçuş zamanı prosedurlara və hava nəqliyyatı idarəsinin təlimatlarına əməl edib”, – deyib.
Buna baxmayaraq, sosial şəbəkələrdə bir çox istifadəçi “Spirit” şirkətini hədəfə alıb. Bir istifadəçi “Qasırğa təcrübəsi üçün əlavə ödəniş alacaqlar” deyə istehza edərkən, “Flightradar24” da “Spirit, qasırğa kəşfiyyat missiyasınamı çıxdı?” – şəklində ironik paylaşım edib.
“Spirit Airlines” 2024-cü ilin noyabrında yüksək xərclər və sərt rəqabət səbəbindən iflas müraciəti etmişdi. Şirkət ucuz biletlər təklif etsə də, baqaj, oturacaq seçimi və iaşə xidmətlərindən aldığı əlavə ödənişlər səbəbindən uzun müddətdir müştəri şikayətləri ilə gündəmdədir.
***
Mütəxəssislər isə qasırğanın içindən uçuşun böyük risklər daşıdığını vurğulayır. ABŞ Milli Qasırğa Mərkəzi xəbərdarlıq edib ki, güclü türbülans təyyarəni disbalansa sala, ildırımlar isə elektron sistemlərə və yanacaq çənlərinə ziyan vura bilər.
Erin qasırğasının ABŞ sahillərinə birbaşa çatacağı gözlənilmir. Lakin Şimali Karolina sahillərində 6 metrdən yüksək dalğaların yaranacağı və sahil eroziyası təhlükəsi barədə xəbərdarlıq edilib.
ABŞ Milli Okean və Atmosfer İdarəsi (NOAA) bildirib ki, bu il qasırğa mövsümü “ortalamanın üzərində” keçəcək, 19-a qədər fırtına, 10 qasırğa və 5 böyük qasırğa müşahidə oluna bilər.