vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 7 may 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
OLAY  
Roma Papasının bank sərgüzəşti 09:38 | 7 may 2026 | Cümə axşamı Məqaləyə 13 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Roma Papasının bank sərgüzəşti

İşçiyə özünü tanıda bilməyə XIV Leonun telefonunu üzünə bağladılar

MEHİN, VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Roma Papası XIV Leo ABŞ-də hesabının olduğu banka zəng edərək əlaqə məlumatlarını yeniləmək istəyərkən gözlənilməz vəziyyətlə üzləşib. Papa telefonla bankın dəstək xidmətinə zəng etsə də, operator onun həqiqətən XIV Leo olduğuna inanmayıb və danışığı yarımçıq dayandırıb.

VAXT.AZ “The New Times”ə istinadən xəbər verir ki, hadisə barədə din xadiminin yaxın dostu, ABŞ-li keşiş Tom Makkarti danışıb. Məlumata görə, hadisə XIV Leonun papa seçilməsindən təxminən iki ay sonra baş verib.

Keşişin sözlərinə görə, əvvəllər Robert Fransis Prevost kimi tanınan Roma Papası Çikaqodakı bankına zəng edərək telefon nömrəsini və ünvanını dəyişmək istədiyini bildirib. O, təhlükəsizlik suallarının hamısını düzgün cavablandırsa da, bank əməkdaşı dəyişiklik üçün şəxsən filiala gəlməli olduğunu deyib.

Papa isə buna cavab olaraq “Bunu edə bilməyəcəyəm” deyib və məsafədən prosedurun mümkün olub-olmadığını soruşub. Daha sonra o, “Əgər sizə desəm ki, mən Papa Leoyam, fərqi olacaq?” ifadəsini işlədib. Bunun ardından operator telefonu qapadıb.

Tom Makkarti bildirib ki, sonradan başqa bir keşiş bank rəhbərliyi ilə əlaqə yaradıb və məsələ həll olunub. Bank rəhbərliyi əvvəlcə prosedurların dəyişməyəcəyini desə də, daha sonra “Papanın hesabını itirmək istəmədiklərini” etiraf edib.

Hadisə sosial şəbəkələrdə geniş rezonans doğurub. Bir çox istifadəçi bunu ən qeyri-adi müştəri xidməti hadisələrindən biri adlandırıb. Katolik dairələrində isə bu əhvalat XIV Leonun sadə və təvazökar xarakterinin nümunəsi kimi təqdim olunur.