Azərbaycan Vatikanla əlaqələri möhkəmləndirir
Müqəddəs Taxt-Tacda bərpa layihələri və Bakıda yeni kilsə inşası
23:33 | 8 may 2025 | Cümə axşamı
Məqaləyə 368 dəfə baxılıb
Şriftin ölçüsü
Müqəddəs Taxt-Tacda bərpa layihələri və Bakıda yeni kilsə inşası
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak etdi
Birinci vitse-prezident Heydər Əliyev Fondunun Vatikanda bərpa etdiyi məbədi ziyarət edib
Birinci vitse-prezident Mehriban Əliyeva ağacəkmə mərasimində iştirak edib
Vatikan şəhər-dövləti qubernatorluğunun prezidenti Azərbaycanın Birinci vitse-prezidentinə təşəkkür edib
Azərbaycanın Birinci vitse-prezidenti Vatikanın dövlət katibini təbrik edib
Mehriban Əliyeva XIV Leoya Heydər Əliyev Fondu ilə Vatikan arasındakı sazişlərdən danışıb
Azərbaycanın Birinci vitse-prezidenti dünyanın ən qədim və zəngin kitab məbədlərindən birini ziyarət edib
Avqust 22-si dua və oruc günü olacaq
Roma Papası: “Katoliklərin və pravoslavların birlikdə həyata keçirdikləri səyahətin təməl daşıdır”
Papa XIV Leo ilk sınaq qarşısındadır
Papa Putini Ukraynaya çağırıb
İnauqurasiya mərasimində dünya liderləri bir araya gəldi
Papa XIV Leonun şərəfinə dondurmalar və pivələr istehsal olunur
Papa XIV Leo sosial mediaya qayıtdı
Yeni Papanın sevimli komandaları bəlli olub
Robert Frensis Prevost (Pope Leo XIV) 14 sentyabr 1955-ci ildə Çikaqoda Louis Marius Prevost və Mildred Martinezin oğlu olaraq anadan olub. II Dünya müharibəsinin ABŞ Hərbi Dəniz Qüvvələri veteranı və məktəb müdiri olan atası fransız və italyan əsilli, kitabxanaçı olan anası isə ispan əsilli idi.
Prevost ingilis, ispan, italyan, fransız və portuqal dillərini bilir və latın və alman dillərində isə oxuya bilir.
2012-ci ildə Prevost “homoseksual həyat tərzi” və “eyni cinsdən olan tərəfdaşlardan və onların övladlığa götürülmüş uşaqlarından ibarət alternativ ailələrə” istinad edərək, çağdaş mədəniyyətin “İncillə ziddiyyət təşkil edən inanc və təcrübələrə rəğbət bəslədiyini” təəssüflə qeyd etdi. Papa Fransisin 2023-cü il bəyannaməsindən sonra Fidusiya duaçıları katolik keşişlərinə kilsə təliminə görə evli olmayan cütlüklərə (eyni cinsli cütlüklər də daxil olmaqla) xeyir-dua verməyə icazə verib…
O, Fransisin başladığı islahatları davam etdirəcəyini bildirib. Ancaq bəllidir ki, Fransisk LGBTQ-ni dəstəkləyən müyyən addımlar atıb. Lakin yeni papa LGBTQ+ əleyhinə bəzi bəyanatlar verib. 2012-ci ildə yepiskopların iclasında o, ‘İncillə ziddiyyət təşkil edən inanclara və təcrübələrə rəğbət bəslənməsini’ təşviq etdiyinə görə cağdaş mədəniyyətləri qınayıb. Xüsusi olaraq “homoseksual həyat tərzi” və “eyni cinsdən olan partnyorlar və onların övladlığa götürülmüş uşaqlarından ibarət alternativ ailələri” yada salıb. Perunun Çiclayo yepiskopu olaraq o, məktəblərdə gender məsələsinin də tədris planına daxil edilməsinə etiraz edərək deyib: “Gender ideologiyasının təbliği çaşqınlıq yaradır, çünki o, mövcud olmayan cinsləri yaratmağa çalışır”…
Donald Tramp LGBTQ+ məsələsinə qəti etiraz edir. Amerikalı Papa da katolik kilsəsinin LGBTQ+ olan əvvəlki tolerant münasibətini aradan qaldıracaq…