vaxtlı-vaxtında oxuyun! Bazar, 18 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AVROPA  
Papa XIV Leo and içdi 12:54 | 18 may 2025 | Bazar Məqaləyə 12 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Papa XIV Leo and içdi

İnauqurasiya mərasimində dünya liderləri bir araya gəldi

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Papa XIV Leo dünya liderlərinin və dini nümayəndə heyətlərinin iştirak etdiyi ilk ayin mərasimi üçün Müqəddəs Pyotr meydanına gələrkən şən izdihamla qarşılanıb.

Katoliklərin ruhani lideri səlahiyyətlərinin başlanğıcını qeyd edən inauqurasiya mərasimindən bir qədər əvvəl öz avtomobili ilə “Via della Conciliazione”dən keçərkən izdiham tərəfindən “Viva il Papa!” (“Papa böyük insandır!”) şüarları ilə müşayiət olunan Papa XIV Leo alqışlarla qarşılanıb. Müqəddəs Pyotr meydanı dünyanın müxtəlif ölkələrindən gələn beynəlxalq nümayəndə heyətləri və dini liderlərlə dolu idi.

Qonaqlar arasında Avropa Komissiyasının sədri Ursula von der Leyen, ABŞ-ın vitse-prezidenti Ceyms Vens və Ukrayna prezidenti Vladimir Zelenski, həmçinin 700-ə yaxın yepiskop və keşiş və 2000-dən çox din xadimi iştirak edib. Konstantinopol Patriarxlığının və İsgəndəriyyə Yunan Pravoslav Patriarxlığının nümayəndələri də daxil olmaqla 38 nümayəndə heyəti var idi.

Papa Leo, xidmətinin başlanğıcını qeyd edən ən mühüm simvollardan ikisi olan palliumu və Balıqçı Üzüyünü (Məsih və Kilsə arasındakı əlaqəni təmsil edir. Papa bu bağın çobanı, yəni onun ruhani lideri, bələdçisi) və həmçinin onun nümunəsi (yəni, bu əlaqənin necə olması lazım olduğunu göstərən nümunə şəxs kimi görünür) qəbul edərkən nəzərəçarpacaq dərəcədə duyğulanıb.

Leo daha sonra etdiyi çıxışda Papa Fransisə ehtiramını ifadə edərək, “Onun ölümü ürəyimizi kədərlə doldurdu”, – deyib. Onu Peterin varisi kimi seçən Konklavı qiymətləndirən Papa Konklavın müasir dövrün suallarına və çağırışlarına necə cavab verdiyini qeyd edib.

Çıxışında Papa Leo bir daha sülh çağırışı edərək, buna nail olmaq üçün “vahid kilsə”nin lazım olduğunu vurğulayıb. “Qardaşlarım, mən istəyirəm ki, bizim ilk böyük arzumuz birləşmiş kilsə, birlik və həmrəylik əlaməti olsun, barışmış dünya üçün mayaya çevrilsin”, – Papa italyan dilindəki çıxışında deyib.

Papanın dünya siyasi liderləri qarşısında söylədiyi bu sözlər onun Vatikan üçün nəzərdə tutduğu dialoq və vasitəçilik rolunu bir daha təsdiqlədi. Vatikan bildirib ki, Papa bazar günü günortadan sonra Ukrayna prezidenti Zelenski ilə təkbətək görüş keçirəcək.