
Amerikalı Papa Vensə dəstək vəd etdi
XIV Leo Ukrayna müharibəsinin bitirməsində Trampa əlindən gələn köməkliyi göstərəcək
XIV Leo Ukrayna müharibəsinin bitirməsində Trampa əlindən gələn köməkliyi göstərəcək
İnauqurasiya mərasimində dünya liderləri bir araya gəldi
Papa XIV Leonun şərəfinə dondurmalar və pivələr istehsal olunur
Prevostla bağlı sevgi romanı yüz il əvvələ gedib çıxır
Papa XIV Leo sosial mediaya qayıtdı
Yeni Papanın sevimli komandaları bəlli olub
ABŞ prezidenti Roma papasını tənqid edən tərəfdaşının “qulağını çəkib”
ABŞ Papasının gələcəyi bu üç mesajda gizlidir
Katolik kilsəsinin ilk Amerika papası Prevost kimdir?
Vatikanda amerikalı keşişlərin mövqeyi güclənib
XIV Leo kilsəsinin LGBTQ-yə tolerant münasibətini aradan qaldıracaq
Robert Fransis Prevos katoliklərin yeni ruhani lideri oldu
Sikstin kapellasınln bacasından ağ tüstü qalxır
Günortadan sonra növbəti səsvermə keçiriləcək
Yeni Papanı dünyaya elan edəcək Dominik Mamberti kimdir?
Kardinallar Sikstin kapellasına qayıdıblar, 4 səsvermə keçiriləcək
Katolik dünyasının ruhani lideri və Vatikanın rəhbəri Roma Papası XIV Leo Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Ukraynada sülhə nail olmaq üçün Rusiyanı sülhü təşviq etmək üçün jest etməyə çağırıb. Vatikan Mətbuat İdarəsi bu gün baş tutan görüşlə bağlı yazılı açıqlama yayıb.
Açıqlamada bildirilir ki, Papa və Putin iki ölkənin ortaq maraqlarını, eləcə də Ukraynadakı müharibənin gedişini və sülh məsələsini müzakirə ediblər. Papa münaqişəyə son qoymaq üçün tərəflər arasında konstruktiv təmasların qurulmasının və dialoq üçün yolların açıq saxlanmasının vacibliyini vurğulayıb.
Görüşdə müharibənin yaratdığı humanitar böhrana diqqət çəkilib, humanitar yardımın ehtiyacı olan bölgələrə çatdırılmasının zəruriliyi xüsusilə vurğulanıb. Həmçinin hərbi əsirlərin mübadiləsi üçün beynəlxalq səylərin dəstəkləndiyi bildirilib. Bu çərçivədə Papa, Ukraynada sülh təşəbbüsləri üçün əvvəlki Papa Fransisk tərəfindən təyin edilmiş kardinal Matteo Mariya Zuppinin işinin əhəmiyyətini də dilə gətirib.
Görüş zamanı Papa Leo, həmçinin Rus Pravoslav Kilsəsinin Patriarxı Kirillə Papa kimi vəzifəsinin icrasına başlayarkən göndərdiyi təbrik mesajına görə təşəkkür edib. O, ümumi xristian dəyərlərinin sülh axtarışında, həyatın qorunmasında və həqiqi dini azadlığın axtarışında xüsusilə rəhbər olduğunu vurğulayıb.
Kremldən verilən açıqlamada Rusiya prezidenti Vladimir Putinin Papaya Ukrayna böhranının siyasi və diplomatik yollarla həll edilməsi lazım olduğunu çatdırdığına işarə edilib. Putin bu böhranın kök səbəblərinin aradan qaldırılması lazım olduğunu bildirərək, sülh prosesinə və humanitar problemlərin həllinə verdikləri töhfələrə görə Papa və Vatikana təşəkkür edib.