

Katoliklərin ilk Amerika ruhani lideri olan Papa XIV Leo ilə bağlı yeni təfərrüatlar ABŞ mətbuatında əksini tapmağa davam edir. “The New York Times”ın (NYT) yazdığına görə, əsl adı Robert Fransis Prevost olan yeni Papanın soyadının arxasında “əsrlik sevgi hekayəsi” dayanır.
Bir qrup şəcərəşünas Papa Leonun ata tərəfdən nənə və babalarının 1910-cu illərdə “qanunsuz” münasibətdə günahlandırıldığını aşkarlayıb. Buna görə də həmin illərdə iki ad “nalayiq hərəkət” ittihamı ilə saxlanılıb və bu əhvalat dövrün qəzetlərində yer alan qeybət xəbərlərindən birinə çevrilib. O dövrün ABŞ mətbuatına görə, bu, “qanunsuz münasibət” idi və “sevgi üçbucağı”nı ehtiva edirdi. Daha sonra baş verənlər Papa Leonun soyadının Prevost olmasına səbəb oldu.
NYT-nin məlumatına görə, Papa XIV Leo-nun babası Salvatore Covanni Riqqitano ittihamla üzləşdiyi zaman başqa qadınla evli olub. İttihama görə, Riqqitano Suzan Fonteyn ilə münasibətdə olub. Həmin Fonteyn daha sonra Papa XIV Leo-nun nənəsi olacaqdı. Riqitano və Fontane hekayənin sonunda Fontenin anasının soyadını alıb və həm cütlük, həm də sonrakı nəsillər bu soyadı daşıyıblar.
***
Şəcərəşünasların “Genealogy Discord” adlı araşdırmasına görə, Riqitano 24 iyun 1876-cı ildə İtaliyanın Siciliya şəhərində anadan olub. Riqqitano daha sonra ABŞ-a köçüb və müəllim olub. Çikaqoda işlədiyi və ispan dilindən dərs dediyi deyilən baba Prevost 1914-cü ildə 37 yaşında ikən Deysi Hayes adlı qadınla evlənib.
1917-ci ilin martında qəzetlərdə çıxan xəbər “Üçbucaqda Riqqitano” adlanıb. Məlumata görə, Riqqitano və Fonteyn Deysi Hayesin şikayəti əsasında saxlanılıb. Hayes, cütlüyün “uyğun olmayan” münasibətdə olduğunu iddia edib. “Quincy Daily Herald” qəzeti 1917-ci il martın 26-da yazdığı məqalədə hər iki “şübhəli”nin ittihamları rədd etdiyini və vəziyyətin “qısqanclıq” zəminində olduğunu bildirib.
***
Həmin vaxt Riqqitano və Hayes ayrı yaşayırdılar. İstintaqın məlumatına görə, qeydlərdə adı da Fabre və ya Fountan olaraq qeyd olunan Fonteyn nənə həmin dövrdə əvvəlcə Kanadaya, daha sonra Detroyta və nəhayət Nyu-Yorka köçüb. Fonteynin 23 iyun 1917-ci ildə bir oğul doğulub. Bu uşağa Con Kenti Prevost adı verildi. Con Kenti Prevost Papanın əmisidir. Fonteyn və Riqqitano da Prevost soyadını götürdülər. Prevost Papanın nənəsinin anasının soyadı idi. Çikaqoya qayıdan Fonteyn 1920-ci ildə daha bir oğlu dünyaya gəldi. Bu Papa XIV Leonun atası Lui Prevost idi.
Bununla belə, mövcud qeydlərdən Hayes və Riqqitanonun boşanıb-boşanmaması və ya Riqqitano və Fonteynin evli olub-olmaması aydın deyil. Lakin 1960-cı ildə yazdığı nekroloqda baba Con Prevost “Suzannanın sevimli əri” kimi xatırlanır.