vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 19 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
Amerikalı Papa Vensə dəstək vəd etdi 12:29 | 19 may 2025 | Bazar ertəsi Məqaləyə 15 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Amerikalı Papa Vensə dəstək vəd etdi

XIV Leo Ukrayna müharibəsinin bitirməsində Trampa əlindən gələn köməkliyi göstərəcək

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Roma Papa XIV Leo və ABŞ-ın vitse-prezidenti Ceyms Vens Ukraynada sülh axtarışını müzakirə etmək üçün bu gün Vatikanda görüşdülər. Görüş Putinlə Trampın görüşündən bir qədər əvvəl baş tutdu. Katolikliyi qəbul etmiş vitse-prezident Vensin korteji səhər saat 7:30 radələrində Vatikana gəlib.

Vens ilk Amerika papasının andiçmə mərasimində iştirak etmək üçün ABŞ-dan gələn nümayəndə heyətinə başçılıq edirdi. Vensi katolik kimliyi ilə tanınan dövlət katibi Marko Rubio müşayiət edib.

***

Bildirilib ki, Papa gün ərzində Perunun Çiklayo şəhərindən olan digər xristian liderləri və onun keçmiş camaatı ilə də görüşüb.

Vatikan məhbus mübadiləsi və oğurlanmış ukraynalı uşaqların geri qaytarılması kimi humanitar məsələlərdə fəal rol oynayır. Katolik kilsəsinin paytaxtı olan şəhər-ölkə mümkün sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu rəsmən elan edib.

Bazar günü inauqurasiyadan sonra Papa Leo ilə qısa salamlaşdıqdan sonra Ceyms Vens günün qalan hissəsində Ukrayna prezidenti Vladimir Zelenski və Avropa Komissiyasının sədri Ursula von der Leyen ilə ayrı-ayrılıqda görüşlər keçirib.

Papa XIV Leo kardinal olarkən Perunun şimal sahilindəki Çiklayo şəhərində uzun illər xidmət edən Avqustinli ordeninin missioneri idi.

Mayın 8-də Roma Papası seçilən Leo vəzifəyə gəldikdən sonra Ukraynada sülhə töhfə vermək üçün “böyük səy göstərəcəyini” bildirib.

***

Bildirilib ki, Papa XIV Leo sələfi Papa Fransisin immiqrantlar və yoxsullarla bağlı prioritetlərini davam etdirəcək. Papa daha əvvəl sosial mediada Tramp administrasiyasının kütləvi deportasiya planlarını tənqid edən xəbərlər paylaşmışdı.

Vens aprelin 21-də ölümündən əvvəl Papa Fransislə görüşən son xarici rəsmilərdən biri olub.

İkili immiqrasiya siyasəti ilə bağlı fikir ayrılığına düşmüşdü. Fransis, Tramp administrasiyasının deportasiya planlarını açıq şəkildə tənqid etmiş və Vensin bu siyasətləri teoloji müdafiə etməsinə etiraz etmişdi.

Bu gün ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putin və Zelenski ilə ayrı-ayrılıqda telefon danışığı aparacağı, həmçinin NATO liderləri ilə müzakirələr aparacağı gözlənilir.