vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ENERGETİKA  
Sektor silkələnir ... 12:10 | 19 may 2025 | Bazar ertəsi Məqaləyə 71 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sektor silkələnir ...

... dövlət agentliyi susur

Osman GÜNDÜZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın telekommunikasiya sahəsində tarixi dəyişikliklər baş verir. 140 illik tarixə malik dövlət operatorları ömrünü başa vurur, böyük operatorlar kiçik operatorları bir-bir udur.

Sektorda dövlətə məxsus vahid bir milli telekommunikasiya operatoru yaranıb.

Eyni zamanda “Onlayn Azərbaycan” layihəsinin yekunu olaraq dövlətə məxsus olan nəhəng bir telekommunikasiya şəbəkəsi formalaşıb.

Görünən odur ki sektorda ciddi təmərküzləşmə prosesləri gedir.

Qısa bir zaman kəsiyində telekommunikasiya və internet bazarında dövlətin xüsusi çəkisi hədsiz yüksəlib.

Görəsən bu birləşmələr, sektorun təmərküzləşməsi rəqabətə, inkişafa necə təsir edəcək, telekom və internet bazarının inkişafı necə olacaq ?

Bildiyim qədər özəl provayderlərin bir-bir bazarda “əriməsi”, fəaliyyətini dayandırması prosesləri artıq başlayıb.

Amma sektoru tənzimləməli olan qurum – İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) susur, sanki mövcud deyil.

Nə rəy var, nə açıqlama, nə də özəllərə yönəlik bir mesajlar. Sanki belə böyük struktur dəyişiklikləri bu ölkədə baş vermir.

Belə “tənzimləməyə” nə var ki.