
Sektor silkələnir ...
... dövlət agentliyi susur
... dövlət agentliyi susur
“Aztelekom” müstəqil dövlət qurumu olacaq
Provayderlər tənzimləyici qurumdan çəkinmir
Tənzimləyici qurum 5G üçün tezlikləri nə zaman verəcək, 4-cü mobil operatora ehtiyac varmı?
Tənzimləyici qurum 5G üçün tezlikləri nə zaman verəcək, 4-cü mobil operatora ehtiyac varmı?
Tənzimləyici qurum 5G üçün tezlikləri nə zaman verəcək, 4-cü mobil operatora ehtiyac varmı?
Tənzimləyici qurum 5G üçün tezlikləri nə zaman verəcək, 4-cü mobil operatora ehtiyac varmı?
Ötən gün sektorun tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) operator və provayderlərlə görüş keçirib.
Bununla bağlı məlumatı görəndə ilk ağlıma gələn bu oldu ki, yəqin İKTA tənqidlərdən nəticə çıxarıb və həqiqətən də nəhayət ki, bazarı tənzimləməyə başlayıb.
Amma, əfsus .
Baxıram ki, bu nəhənglikdə qurum provayderləri yığıb ki, beynəlxalq reytinqdə qalxmaq üçün internetin sürətini artırmaq lazımdır.
Vəssalam.
Bütün bu görüşün mahiyyəti bundan ibarətdir.
Doğurdanmı tənzimləyici qurum prioritetləri müəyyənləşdirə bilmir?
Doğurdanmı hazırda telekom və internet bazarının diktə etdiyi çağırışları görə bilmir.
200-dən çox əməkdaşın çalışdığı , xeyli peşəkar insanların da təmsil olunduğu tənzimləyici qurumun bu tip bəsit addımları təəssüf və təəccüb doğurur.
Fərqində deyillər ki, uğurla başa çatan “Onlayn Azərbaycan” layihəsindən sonra Azərbaycanın internet bazarında “internet sürəti” problemi bitib.
Ölkədə artıq normal infrastruktur formalaşıb və bazar özü müəyyən edəcək ki kimə hansı sürət lazımdır.
Anlamıram ki, mənasız yerə, tələbat olmadığı halda provayderlərə “yüksək sürətə” keçid tələbi qoymaq, bu tip sürəti dəstəkləməyən modemi olan istifadəçilərə yeni modemlər aldırmaq, vətəndaşları xərcə salmaqla mənasız reytinq ardınca qaçmaq tənzimləyici qurumun nəyinə lazımdır.
Bazarda isə həllini gözləyən ciddi problemlər var.
Pərakəndə internet bazarında dövlətin xüsusi çəkisi hədsiz yüksəlib, ölkə üzrə nəhəng dövlət telekommunikasiya şəbəkəsi formalaşıb, internetin qiymətlərində seçim imkanları məhdudlaşıb, dövlət provayderləri arasında ciddi təmərküzləşmə gedib, milli domenin tənzimlənməsində ciddi problemlər qalır, qonşu ölkələr 5G sahəsində xeyli irəliləyiblər, biz isə hələ heç tezlikləri müsabiqəyə çıxara bilməmişik, 20 il öncə qəbul edilən Telekommunikasiya haqqında qanun bazarın inkişafını ləngidən bir amilə çevrilib və s.
İKTA-nın bu tip məsələlərə fokuslanıb, rəqabətli mühitin inkişafına yönəlik addımlar atması sektorun inkişafını daha da sürətləndirə bilərdi.
Amma bütün bunlara baxmayaraq, İKTA-nın o nəhənglikdə komandası bütün səylərini sadəcə beynəlxalq reytinq üçün “sürəti artırmaq” kimi mənasız bir yarışa yönəldiblər.
Çox təəssüf edirəm.