Putin polisə yeni səlahiyyət verdi
Rusiyada hərbi xidmətdən yayınanlarla mübarizə genişlənir
10:16 | 20 noyabr 2025 | Cümə axşamı
Məqaləyə 385 dəfə baxılıb
Şriftin ölçüsü
Rusiyada hərbi xidmətdən yayınanlarla mübarizə genişlənir
Kreml milyarderinin Fransadakı villasının arxasından Rusiya nəhəngi çıxdı
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Kreml büdcədə kəsirini bağlamaq üçün əlində-ovcunda olanları satır
Rusiya elitaları hakimiyyət böhranı və müharibənin sonunu gözləyir
Yüksək rütbəli din xadiminin avtomobilində narkotik tapıldı
Ermənistan məhsulları mərhələli şəkildə Rusiya bazarından sıxışdırılır
Rusiya Ermənistanın daha bir brend məhsuluna qadağa tətbiq etdi
Moskva-İrəvan gərginliyi və Cənubi Qafqazın yeni sınağı
ABŞ Polşaya əlavə 5 min əsgər göndərir
Üç dəfə dünya və yeddi dəfə Avropa çempionunun oğlu 5 illik vətəndaşlıq alıb
Putinlə danışıqlar üçün bir neçə namizəd var
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Marqarita Mamun: “Sürükləndiyim daxili klaustrofobiyadan, azadlıqsızlıqdan boğuluram”
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Yaroslav Mixaylov. Bu şəxs dünyanın axtardığı ən təhlükəli terrorçularının sıralamasında ilk beşliyə daxildir və hazırda Azərbaycanın əlindədir.
VAXT.AZ xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Maraqlıdır, bu terrorçu niyə belə məşhurdur və necə olub ki, Bakıda həbs olunub?
Qərb mətbuatı bildirir ki, karqo bağlamalarına partlayıcı qoymaqla Avropa hava limanlarında partlayışlar törətməkdə şübhəli bilinən rusiyalı Yaroslav Mixayilovu ekstradisiya etmək uğrunda Qərb xüsusi xidmətləri ilə Rusiya kəşfiyyat orqanları arasında gizli mübarizə gedir.
Yaroslav Mixaylov dörd Avropa Birliyi ölkəsində böyük partlayışlar törətməkdə günahlandırılır. Terrorçu saatlı bombalar hazırlayaraq DHL karqo şirkətinin Leypsiq və Birmingemdəki, eləcə də DPD kuryer şirkətinin Varşavadakı anbarında partlayışlar törədib. Partlayan bağlamalar anbarlarda böyük yanğınlara səbəb olub.
Terrorçu sonuncu dəfə 2024-cü ilin iyulunda Avropa ölkələrinə xeyli bağlama yollayıb. Litvada aşkar edilməyən bombalar Almaniya, Polşa və İngiltərədə anbarlara çatıb və orada işə düşüb. Həmin ölkələrin aeroportlarında böyük partlayışlar baş verib. Avropa hüquq-mühafizə orqanları hesab edir ki, əgər partlayıcılar təyyarədə işə düşsəydi, fəlakətli nəticələr yarada bilərdi.
Qeyd olunur ki, Mixaylov taymerli partlayıcıları massaj ləvazimatı, seks-oyuncaqlara yerləşdirərək göndərib.
Qərb mənbələri bildirir ki, Mixaylov Rusiyanın “hibrid müharibəsi” strategiyasında kritik rol oynayan etibarlı agentlərindən biri olub. ABŞ və Qərb təhlükəsizlik orqanları karqo hücumunu Ukraynanı dəstəkləyən ölkələrə qarşı Rusiya tərəfindən həyata keçirilən sabotaj və yanğın kampaniyasının ən təhlükəli cəhdi kimi qiymətləndirir.
Bəs necə olub ki, terrorçu Azərbaycanın əlinə keçib?
2024-cü il partlayışlarından sonra Mixaylov bir nömrəli terrorçu elan edilib. Avropada axtarışda olan Rusiya agenti saxta pasportla Azərbaycana qaçıb və burda həbs olunub. Onun taleyi ilə bağlı Rusiya tərəfdən Federal Təhlükəsizlik Xidməti ("FSB"), Xarici Kəşfiyyat Xidməti ("SVR") və Baş Kəşfiyyat İdarəsi ("QRU") rəhbərləri Bakıya təzyiq göstərməyə çalışıb. Rusiya ekstradisiya tələbi təqdim edib və onun “axtarılan cinayətkar” olduğunu bildirib. Avropa İttifaqı ölkələri isə terrorçunun Rusiyanın ekstradasiya tələbinin yerinə yetirilməsinə qarşıdırlar.
Polşa, Böyük Britaniya, Ukrayna və Litva Bakının Mixailovu Rusiyaya qaytarmaması üçün diplomatik səylər göstəriblər.
Əvvəllər Rusiyada qaçaqmalçılıq ittihamları ilə üzləşmiş və Rusiya xüsusi xidmət orqanları tərəfindən cinayətkar qruplara cəlb edilən Mixaylovun yeni tip Rusiya agenti kimi fəaliyyət göstərdiyi bildirilir. Avropa təhlükəsizlik mənbələri onu “hələ də həbs edə bilmədikləri ən mühüm agent” adlandırır. Çünki o, "QRU" agentləri ilə aşağı səviyyəli şəbəkələr arasında körpü rolunu oynayır.
Qərb mənbələri bildirir ki, Azərbaycanda Mixaylov rəsmi olaraq həbs edilməsə də, nəzarət altında saxlanılır və ölkəni tərk etməsinə icazə verilmir. Analitiklər hesab edir ki, Moskvanın məqsədi Mixaylovun Avropada mühakimə olunmasının gətirə biləcəyi zərbələrin qarşısını almaqdır.
Rusiya tərəfi 2024-cü ilin karqo partlayışları planında iştirakını inkar etsə də, Qərb ölkələrinə Ukraynanı dəstəklədiklərinə görə xəbərdarlıq edib. Qərb mənbələri iddia edir ki, Rusiyanın Baş Kəşfiyyat İdarəsi 2023-cü ildə yeni bir bölmə yaradaraq Ukraynanın Qərb müttəfiqlərinə qarşı əməliyyatları koordinasiya edir.