Madyar cavan Orbandır
İkinciyə isə bir az pauza lazım idi
07:15 | 14 aprel 2026 | Çərşənbə axşamı
Məqaləyə 17 dəfə baxılıb
Şriftin ölçüsü
İkinciyə isə bir az pauza lazım idi
Orbanın həmrəylik mesajı etirazla qarşılandı
Azərbaycan Macarıstanın enerji təhlükəsizliyinə töhfə verir
Macarıstanın baş naziri Viktor Orbandan Avropa Birliyinə xəbərdarlıq
Macarıstanın Baş naziri Orban: “İmperiya kömək etmək yox, istila etmək istəyir”
“Ömürlük azad olunacaqlar”
Orban: “Sülh planını gözləsək, heç vaxt sülh olmayacaq”
Orban: “Qiyamət zamanı təkcə fərdlər deyil, millətlər də mühakimə olunacaq”
Orbandan: “Qonaqların sayı ev sahiblərinin çox olanda o, artıq ev deyil”
“Simvolik də olsa, siqnal göndərməliyik”
Avropa Parlamentinin deputatları Macarıstanın Aİ-də səsvermə hüququnun alınmasını tələb edir
Viktor Orban: “Baş nazir üçün dua edirik”
“Sanksiyalar təcavüzkarın cinayətlərinə görə məsuliyyət daşımasına kömək edir”
Fond Budapeştdəki ofisini Berlinə köçürür
Baş nazirdən Sorosa suçlama
Putin Avropanı dağıtmaq üçün Macarıstan baş nazirindən istifadə edir
Ramil Səfərovun məhkəmə prosesi Azərbaycanda ilin hadisəsinə çevrilir və sonrakı 8 il ərzində daim gündəmdə qalır.
Ramil Səfərovun məhkəmədə türk dilində etdiyi çıxışa uzun illərdən sonra təkrar baxdıqdan sonra onu daha yaxşı anlamaq mümkündür: “Mənim ölkəmin torpaqları bu gün də ermənilərin işğalı altındadır. Mənim ailəm qaçqın düşdü, əqrabalarım öldürüldü, təhqir edildim, bayrağımızla “dalğa” keçildi. Özünüzü bir an da olsa, mənim yerimə qoymağınızı rica edirəm”.
Şübhəsiz ki, vətən müharibəsini yaşamış toplumun həmin günlərə dönüb Səfərov keysinə qalib baxışı ilə yanaşması olduqca realdır. Lakin bu, o hadisə idi ki, Mübariz İbrahimov şəhadəti ilə Ramil Səfərovun simasında məğlubiyyətə qarşı üsyan bayrağı dalğalanmış, bütöv bir gənc nəsli vətən sevgisi ilə süsləmiş, aprel döyüşləri və Vətən müharibəsinin hekayələri üçün patriot zəmin hazırlamışdı.
2012-ci ilin avqustunda Macarıstan Ədliyyə Nazirliyi ekstradisiya qərarını verdi.
Macarıstan hökuməti bu ekstradisiyanı 1983-cü il Strazburq Konvensiyasına – “Məhkumların Mübadiləsi haqqında” Avropa Şurası sənədinə əsaslandırdı.
Və əlbəttə ki, o dövrdə Macarıstanın baş naziri, Azərbaycanın əsl dostu Viktor Orban idi.
Viktor Orban – AB və NATO üzvü bir ölkənin baş naziri olaraq eyni zamanda Türk dünyasının ən müdafiəçisi Avropa liderinin titulunu daşıyırdı.
Viktor Orban – hakimiyyətdə olduğu dövrü bizim üçün dostanə akkordlarla yadda qalan Avropanın peşəkar siyasi liderlərindən biri idi.
Səfərovun azad edilməsi insan və torpağın azadlığı idi. Torpaqların azadlığı isə vətən müharibəsinin nəticəsində baş verdi.
Səfərov keysi Orbanın dostluğuna vəsilə oldu. Orban Macarıstanı, Macarıstan Atillanı və Türk Dünyasını doğurdu. Və bütün bunlar Prezident Əliyev imzasının təntənəsi idi.
ANS kanalının efirlərində Ramil Səfərovun müttəhim kimi son çıxışını verirlər.
2006-cı ildən 20 il ötüb, bir maraqlı vətəndaş kimi çox istərdim ki, polkovnik Səfərov həmin çıxışın simulyasiyasını təkrar canlandıra, tarixi hadisələri təkrar saya və Zəfərimizin bizə qazandırdıqlarını həyatında yaşayan biri kimi, necə dəyişdiyini əyani şəkildə anlada – Amma bu dəfə bir qalib əsgər kimi…
Səfərovun hakimdən ədalət dilədiyi çıxışın o hissəsi necə də düz çıxdı - Hakim Allah ədalət isə onun lütfü imiş.