Müharibələrdən çıxmaq problemi
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
22:22 | 10 fevral 2025 | Bazar ertəsi
Məqaləyə 558 dəfə baxılıb
Şriftin ölçüsü
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Rusiya hücum infrastrukturunu qurub, planları nəzərdən keçirib
20-29 yaş arası gənclərin sayı 40, doğuş səviyyəsi isə 25 faiz azalıb
Rusiya hakimiyyətinin nəzarətində olan proqramdan istifadə şəxsi məlumatları risk altında qoyur
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
Daxili maliyyə təzyiqi artır – əmanətlər, valyuta çatışmazlığı və yeni model riskləri
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
Blokada davam edərkən yarım milyardlıq yaxta boğazdan keçib
Qara dəniz sahillərində göyün üzünü tüstü örtüb, şəhərlər “neft yağışı”na tutulub
3 arsenal, 3 anbar, 2 logistik mərkəz məhv edildi
Kreml yanacaq istehsalında “dövlət planı” modelinə qayıdır
Fevral 10-u Rusiya ilə imzalanmış Türkmənçay müqaviləsinin ildönümüdür.
Həmin tarixə səfər edib, Rusiya ilə problemin kökünü 2024-cü ildə Rusiyanın Ermənistan və Gürcüstan arasındakı ticarət dövriyyəsinin Azərbaycanla müqayisədəki həcmində tapmaq olar. Azərbaycan Rusiyanın transmilli cinayətlərində iştirak etmədiyi üçün bu cür münasibətlə üzləşdi.
İndi isə gündəm haqda: Rus Evi – adından da göründüyü kimi, Rusiya Federasiyasının xarici ölkələrdə “mədəniyyət və əməkdaşlıq” adı altında apardığı yumşaq güc siyasətinin bir parçasıdır.
Lakin bu qurum Azərbaycanda fəaliyyət göstərsə də, nə Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün cəhd göstərib, nə də 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mübarizəsinə açıq dəstək verib. Əksinə, bu qurumun fəaliyyəti daha çox Sovet nostalgiyası və postsovet məkanında təsir dairəsini saxlamaq kimi məqsədlərə xidmət edir.
Bəs nəyə görə Azərbaycan xalqı 2020-ci ildə rus əsgərlərinin Ermənistan naminə ölməməsini alqışladı? Çünki tarix boyu rus imperiyasının siyasəti, xüsusən də Çar və SSRİ dövründə, Cənubi Qafqaz xalqlarına qarşı assimilyasiya və hegemonluq üzərində qurulmuşdu. Qarabağ münaqişəsi boyu da Rusiya gah açıq, gah da gizli şəkildə Ermənistanı silahlandırıb, status-kvonu saxlamaq üçün çalışıb. Lakin 2020-ci ildə vəziyyət dəyişdi – bu dəfə rus əsgərləri erməni maraqları üçün ölmədilər və bu, Azərbaycanın siyasi tarixi üçün dönüş nöqtələrindən biri oldu.
Bir az da rus ədəbiyyatına baş vuraq. Bütün bunlarla yanaşı, rus ədəbiyyatının nəhənglərindən olan Sergey Yeseninin Bakıya sevgisi və buraya həsr etdiyi şeirləri bir paradoks yaradır. Çünki rus mədəniyyətinin görkəmli nümayəndələri Azərbaycanı sevə bilirdilərsə, bu gün Rusiyanın rəsmi strukturları və onlara bağlı qurumlar niyə Azərbaycana qarşı nifrət edir? Yesenin Bakını ilham mənbəyi kimi görüb, onun şeirlərində Xəzərin dalğaları ilə vəhdət tapırdı.
Lakin bugünkü “Rus Evi” Qarabağın azadlığını bir dəfə də olsun açıq şəkildə alqışlamadı, Azərbaycan xalqının haqlı mübarizəsinə dəstək vermədi.
Buna görə də, bu cür qurumların “mədəniyyət və dostluq” adı altında fəaliyyət göstərməsi ciddi suallar doğurur. Əgər bir təşkilat yalnız öz imperiya maraqları çərçivəsində fəaliyyət göstərirsə, onun əsl niyyəti açıq-aydın ortadadır. Mədəniyyət və əməkdaşlıq tək tərəfli olmaz – əgər siz bizə qarşı susursunuzsa, biz də sizin ideoloji təsir vasitələrinizə qarşı ayıq olmalıyıq.
Yekunda: ola bilər ki, Rusiyada hələ də 1835-ci ildir və Peterburqun hərbi qərargahlarında qərarverici hərbi elitanın raportlarını sanki Bestujev-Marlinski yazıb, bunlar da oxuyub, Qafqaz "tatar"larına göstərdikləri münasibətlərə qapılırlar.
Hər halda “Molla Nur” da tarixdə az izini saxlamadı.