Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
12:04 | 30 aprel 2026 | Cümə axşamı
Məqaləyə 119 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiyanın Perm şəhərində yerləşən “Lukoil-Permnefteorgsintez” neft emalı zavodu Ukraynanın pilotsuz uçuş aparatı (PUA) hücumuna məruz qalıb. Hadisə nəticəsində zavodun əsas texnoloji hissələrindən biri olan ilkin emal qurğusunun (AVT-4) zədələnməsi nəticəsində baş verən yanğın sənaye kompleksinin digər hissələrinə də yayılıb.
VAXT.AZ Rusiya “Telegram” kanallarına istinadən xəbər verir ki, hücum zamanı “Lyutıy” tipli pilotsuz uçuş aparatının vakuum və atmosfer rektifikasiya koloniyalarına zərbə endirdiyi bildirilir. Bu qurğular neftin emalında əsas rol oynayır və benzin, dizel və digər yanacaq məhsullarının istehsalında kritik mərhələ hesab olunur. Ekspertlərin qiymətləndirməsinə görə, iki koloniyanın zədələnməsi zavodun ilkin emal xəttini faktiki olaraq dayandırır.
“Lukoil-Permnefteorgsintez” Rusiyanın ən iri neft emalı müəssisələrindən biridir və illik təxminən 13 milyon ton emal gücünə malikdir. Müəssisə həm mülki bazarı, həm də logistik və sənaye ehtiyaclarını təmin edən strateji obyektlər sırasında göstərilir.
Hadisə ilə eyni vaxtda Perm şəhərində bir neçə partlayış səsi eşidilib. Yerli hakimiyyət orqanları PUA təhlükəsi rejimi tətbiq edib, hava limanında isə müvəqqəti məhdudiyyətlər elan olunub. Bəzi təhsil müəssisələrinin dərsləri dayandıraraq distant təhsilə keçdiyi də qeyd edilir.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, ölkə ərazisi üzrə eyni gecə onlarla pilotsuz uçuş aparatı zərərsizləşdirilib. Lakin Permdə baş verən insidentin miqyası və strateji sənaye obyektinə təsiri diqqət çəkən əsas məqamlardan biri kimi qiymətləndirilir.
Rusiya tərəfi rəsmi olaraq geniş dağıntı və ya insan tələfatı olmadığını bildirir, lakin sənaye infrastrukturu üzrə zərərin dəqiq həcmi hələ tam açıqlanmayıb. Hazırda bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib və vəziyyətin nəzarət altında olduğu qeyd olunur.