Rusiyanın oylağı
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
08:48 | 30 may 2026 | Şənbə
Məqaləyə 131 dəfə baxılıb
Şriftin ölçüsü
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Rusiyada hərbi xidmətdən yayınanlarla mübarizə genişlənir
Kreml milyarderinin Fransadakı villasının arxasından Rusiya nəhəngi çıxdı
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Kreml büdcədə kəsirini bağlamaq üçün əlində-ovcunda olanları satır
Rusiya elitaları hakimiyyət böhranı və müharibənin sonunu gözləyir
Yüksək rütbəli din xadiminin avtomobilində narkotik tapıldı
Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanın paytaxtı Astanada keçirilən Avrasiya İqtisadi Birliyi sammitindən sonra təşkil olunan mətbuat konfransında Ermənistanla bağlı bir sıra diqqətçəkən açıqlamalar verib.
VAXT.AZ xəbər verir ki, Putinin sözlərinə görə, Ermənistanın gələcək geosiyasi kursu ilə bağlı qərarı erməni xalqı verməlidir və Moskva bu seçimi onların maraqları əsasında qiymətləndirəcək.
“Ermənilər üçün yaxşı olan hər şey Rusiya üçün də məqbuldur və yaxşıdır. Necə lazım bilirsinizsə, elə də edin”, – deyə Putin qeyd edib.
“Avropa Birliyi ilə yaxınlaşma inteqrasiyanın dayandırılmasına gətirə bilər”
Bununla yanaşı, Putin Ermənistanın eyni vaxtda həm Avropa Birliyi, həm də Avrasiya İqtisadi Birliyinin tam inteqrasiya prosesində iştirak edə bilməyəcəyini bildirib.
Onun sözlərinə görə, əgər İrəvan Avropa standartlarına keçməyə başlasa, Avrasiya İqtisadi Birliyi daxilində iqtisadi inteqrasiya mexanizmlərinin böyük hissəsini faktiki olaraq dayandırmaq lazım gələcək.
“Praktiki baxımdan bunları birləşdirmək mümkün deyil. Ermənistan Avropa Birliyinə inteqrasiya yolunu seçərsə, iqtisadi inteqrasiya ilə bağlı işləri demək olar ki, tam dayandırmalı olacağıq”, – deyə Rusiya prezidenti vurğulayıb.
Qaz, investisiya və miqrasiya məsələləri gündəmə gətirildi
Putin çıxışında Ermənistanın Avrasiya İqtisadi Birliyində qalmasının iqtisadi üstünlüklərini də sadalayıb.
Onun sözlərinə görə, Ermənistana satılan qazın qiyməti Avropa ilə müqayisədə bir neçə dəfə aşağıdır.
“Avropada qazın qiyməti təxminən 600 avrodur, Ermənistan üçün isə 150 avro ətrafındadır”, – deyə o bildirib.
Rusiya lideri həmçinin qeyd edib ki, Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxacağı halda – Rusiyada işləyən ermənilər üçün iş icazəsi tələbləri yarana, sosial xidmətlərə çıxış məhdudlaşa, nəqliyyat və gömrük güzəştləri ləğv oluna bilər.
“Ukraynada böhran oxşar prosesdən başladı”
Putinin ən çox müzakirə olunan açıqlamalarından biri də Ukrayna ilə bağlı müqayisə olub. Rusiya prezidenti bildirib ki, Ukraynada baş verən böhranın kökündə də oxşar geosiyasi seçim məsələsi dayanırdı.
“Ukrayna böhranı da indiki Ermənistanla bağlı müzakirələrə bənzər prosesdən başladı”, – deyə Putin qeyd edib.
Bu açıqlama Qərb mediasında Moskvanın Ermənistana ünvanladığı dolayı xəbərdarlıq kimi qiymətləndirilib.
Ermənistan məhsulları və GMO mövzusu
Mətbuat konfransında Ermənistan məhsullarının Rusiya bazarına çıxışı ilə bağlı məsələlər də gündəmə gəlib.
Putin bildirib ki, bəzi kənd təsərrüfatı məhsullarının idxalı ilə bağlı məhdudiyyətlər Rusiyanın daxili standartları və istehlakçı tələbləri ilə əlaqədardır. Rusiya rəsmiləri son günlər Ermənistanın pomidor, xiyar, bibər, çiyələk və digər məhsullarına məhdudiyyətlər tətbiq edib.
Rusiya tərəfi bu qərarları fitosanitar normalar və məhsul təhlükəsizliyi ilə izah edir.
Referendum təklifi və seçkilər öncəsi təzyiq
Putin çıxışında Ermənistanın Avropa Birliyinə inteqrasiya məsələsinin referendum yolu ilə həll olunmasının məntiqli ola biləcəyini də deyib. Onun sözlərinə görə, erməni cəmiyyəti hansı istiqaməti seçdiyini açıq şəkildə müəyyənləşdirməli və bundan sonra tərəflər münasibətlərin gələcək formatını müəyyən etməlidirlər.
Putinin açıqlamaları Ermənistanda iyunun 70də keçiriləcək parlament seçkilərinə az qalmış səsləndirilib. Son aylarda İrəvanın Avropa Birliyi və ABŞ ilə yaxınlaşması Moskva ilə münasibətlərin kəskin soyumasına səbəb olub.
Qərb mediası və beynəlxalq agentliklər bildirirlər ki, Rusiya Ermənistanın Qərbə inteqrasiyasını öz regional təsirinə ciddi təhlükə hesab edir və son həftələrdə həm iqtisadi, həm də siyasi təzyiq mexanizmlərini gücləndirib.