vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 15 iyun 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MƏHKƏMƏ, İSTİNTAQ  
Xan cinsi qısnamada günahlandırılır 08:12 | 9 iyun 2026 | Çərşənbə axşamı Məqaləyə 51 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xan cinsi qısnamada günahlandırılır

Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru vəzifəsindən kənarlaşdırılıb

MURAD, VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Beynəlxalq Cinayət Məhkəməsinin ən yüksək inzibati orqanı baş prokuror Kərim Xan barəsində irəli sürülən cinsi qısnama ittihamları üzrə aparılan araşdırmadan sonra onun səlahiyyətlərinin müvəqqəti dayandırıldığını açıqlayıb.

VAXT.AZ “Reuters”ə istinadən xəbər verir ki, qərar Xanın taleyi ilə bağlı üzv dövlətlər arasında keçiriləcək səsverməyədək qüvvədə olacaq.

Məsələyə yaxın olan diplomatik mənbənin bildirdiyinə görə, məhkəmənin icraedici orqanı Xanın ciddi intizam pozuntusuna yol verdiyi qənaətinə gəlib. Mənbənin sözlərinə görə, bu nəticə Xanın ofisində çalışan qadın hüquqşünasla onun razılığı olmadan cinsi münasibətdə olması ilə bağlı iddialar üzrə 18 ay davam edən araşdırmadan sonra əldə edilib.

Araşdırma çərçivəsində Xanın vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi qənaətinə gəlindiyi bildirilir.

Baş prokuror isə ona qarşı irəli sürülən ittihamları davamlı olaraq rədd edir.

Məlumata görə, araşdırmanın yekun hesabatı Beynəlxalq Cinayət Məhkəməsinin 125 üzv dövlətinə göndəriləcək. Bundan sonra üzv ölkələrin Xanın vəzifədən tamamilə uzaqlaşdırılıb-uzaqlaşdırılmaması məsələsi ilə bağlı səsvermə keçirməsi gözlənilir.

Beləliklə, Kərim Xanın yekun taleyi üzv dövlətlərin verəcəyi qərardan asılı olacaq.