Ev dustaqlığı qərarı dəyişdirildi
Rəqsanə İsmayılova ilə bağlı YENİ HÖKM
11:41 | 24 aprel 2026 | Cümə
Məqaləyə 15 dəfə baxılıb
Şriftin ölçüsü
Rəqsanə İsmayılova ilə bağlı YENİ HÖKM
12 günlük müharibədən sonra 21 min həbs
Minlərlə məhbus azadlığa buraxılacaq
“Ruhları təmizləyəcəyik deyib milyonlarla dollar qamarladılar”
Frankfurt hava limanında rekord miqdar qeydə alınıb
Yunanıstanda kəşfiyyat işçilərinə atəş açan dəstə üzvlərinin axtarışı davam edir
Hamburqda 3 qardaşın həbsi zamanı 40 min saxta “Viagra” və narkotik maddə ələ keçirildi
Həbs olunanlar 28 nəfərdən biri Rusiya vətəndaşıdır
Məhbusların sayı ən yüksək rəqəmə çatıb
Baş Prokurorluq əməliyyat keçirdi
258 nəfərin vətəndaşlığı ləğv olunub
Baş Prokurorluq gülləbaran xəbərini təkzib etdi
Eldar Mahmudovun vəzifədən azad olunduqdan sonra ilk fotosu
MTN istintaqında şok hadisə «qara kassa» tutuldu; niyə məhz indi?
Sabiq MTN rəhbəri keçmiş köməkçisinin həbsi ilə əlaqədar dindirilib
Generalın çənə sındıran oğlu cəmi 2 ay «yatıb» azadlığa çıxır?
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) ilə birlikdə həmin Xidmətin bəzi vəzifəli şəxslərinin qanunsuz əməllərinin qarşısının alınması və aşkar edilmiş belə hüquqpozmalara qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir.
Bununla bağlı Xidmətdən daxil olmuş və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş məlumatlar əsasında Xidmətin Qaradağ rayon idarəsi, Saatlı, Cəbrayıl və Ağdaş rayon şöbələrinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb.
VAXT.AZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə məlumatında bildirilib.
İstintaq və əməliyyat-axtarış tədbirləri ilə həmin idarə və şöbələrin vəzifəli şəxsləri tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar ayrı-ayrı şəxslərin hərbi təlim toplanışlarına cəlb edilməkdən yayındırılması, hərbi xidmətdən möhlət hüququnun verilməsi, ölkədən çıxışına məhdudiyyət tətbiq edilməməsi və digər bu kimi məqsədlərlə müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Xidmətin Ağdaş rayon şöbəsinin rəisi Nurlan Abbasov, həmin Şöbənin həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi Şahlar Usubəliyev, həmin Şöbənin həqiqi hərbi xidmətə çağırış bölməsinin zabiti Taleh İsmayılov, Xidmətin Saatlı rayon şöbəsinin rəisi Murad Əhmədov, həmin Şöbənin səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin zabiti Araz Kərimli, Xidmətin Cəbrayıl rayon şöbəsinin rəis müavini - səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin rəisi Niyam Mədətsoylu, Xidmətin Qaradağ rayon idarəsinin səfərbərlik hazırlığı və səfərbərlik şöbəsinin zabitləri Etibar Əliyev və Şamil Alıyevə Cinayət Məcəlləsinin müvafiq olaraq 311.3.1, 311.3.2, 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdar rüşvət alınması) maddələri ilə ittiham elan edilib, istintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında Bakı Hərbi Məhkəməsinin qərarları ilə barələrində həbs (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.
Cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə qanunsuz əməllərin törədilməsində iştirak etmiş digər təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi də təmin olunacaq.