vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 16 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
MƏHKƏMƏ, İSTİNTAQ  
3 nəfərdən biri ələ keçdi 11:10 | 31 may 2025 | Şənbə Məqaləyə 138 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

3 nəfərdən biri ələ keçdi

Yunanıstanda kəşfiyyat işçilərinə atəş açan dəstə üzvlərinin axtarışı davam edir

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Salonikidə yunan kəşfiyyatçılarına atəş açan “Dalton” dəstəsi üzvlərinin axtarışı nəticə verir.

Mayın 27-də Yunanıstanın Saloniki şəhərinin Termi qəsəbəsində kəşfiyyat agentlərinə qarşı təşkil edilən silahlı hücumda iştirak etdikləri üçün axtarışda olan üç türkdən birinin Rodop bölgəsindəki dağlıq kəndlərdən birində yaxalandığı bildirilir.

Yunan mətbuatı silahlı hücumun səbəbkarlarının “Daltonlar” dəstəsinin üzvləri olduğunu açıqlamışdı.

“Kathimerini” qəzetinin məlumatına görə, həbs Saloniki Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin “SWAT” qrupu ilə birgə planlaşdırdığı koordinasiyalı əməliyyatdan sonra səhər saatlarında həyata keçirilib. Şübhəli sığınacaq kimi istifadə etdiyi evdə tapılıb.

Əldə edilən məlumata görə, həbs edilən şəxs hücumu törədənlərin içərisində olduğu cipin sürücüsüdür. Həbs edilənin atəş açan şəxs olduğu iddia edilir.

Üç hücumçunun getdiyi avtomobilin Ksantidə daimi yaşadığı iddia edilən şəxsə məxsus olduğu aydın olub.

Yunanıstanda “Daltonlar” kimi tanınan dəstə üzvlərinin axtarışları günlərdir davam edir.