vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 2 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
MƏHKƏMƏ, İSTİNTAQ  
Təxribatçılara qarşı ov mövsümü bitmir ... 13:02 | 31 may 2025 | Şənbə Məqaləyə 53 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Təxribatçılara qarşı ov mövsümü bitmir ...

... Yaxud heç bir separatçı parlaq gələcəyə ümid etməsin

Bəybala MİRZƏYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Yuxarıdakı fotoşəkildə Bakı Hərbi Məhkəməsində erməni separatçı-terrorçuları ilə bağlı davam edən ədalət mühakiməsinin mayın 30-dakı məhkəmə prosesindən ən ibrətli, anlamlı bir an əks olunub.

Vizual görüntüdən belə anlaşılır ki, əli xalqımızın qanına batmış separatçılar arasında Araik Harutyunyan hamıdan çox peşmandır.

Nəhayət ki, adam indi anlamağa başlayıb ki, separatçılığın heç bir perspektivi, gələcəyi yoxmuş. Heç bir separatçını xəyallarında qurduqları parlaq gələcək və uğurlu siyasi karyera gözləmir. Bütün ölkələrdə separatçılar ya lokal antiterror tədbirləri nəticəsində məhv edilir, yada ki qandallanıb məhkəmə kürsüsünə çıxarılır.

Araikə gec də olsa çatan bu həqiqət hal-hazırda Azərbaycandakı azsaylı xalqlar arasında separatçılığı körükləməyə çalışan digər şəxslərə də (Rusiya, İran və Ermənistandan idarə olunan, yönləndirilən dırnaqarası “azərbaycanlı”lara) görk olmalıdır. 

İsraildən olan politoloq David Eydelmanın sözüylə desək, Azərbaycan öz problemlərini həll etməyin və düşmənlərini ələ keçirməyin, cəzalandırmağın yolunu öyrənib. Hazırda dünyada cəmi bir neçə dövlət var ki, onlar separatçılığa, terrorçuluğa üz tutmuş şəxslərlə, soyqırım törədənlərlə ən sərt şəkildə mübarizə aparmağı, dövlət suverenliyinə qənim kəsilənləri effektiv surətdə neytrallaşdırmağı bacarır. Söhbət ilk növbədə Azərbaycan, Türkiyə və İsraildən gedir.

Bu kontekstdə Kremlin keçmiş “çirkli pul yuyucusu” kimi tanınan Ruben Vardanyan kimi dünya miqyaslı terror və separatizm sponsorlarından birini müttəhimlər kürsüsünə çıxartmağı bacaran Azərbaycan dövləti üçün digər ranqlardan, digər ölçülərdən olan separatçıları deşifrə etmək, yaxalamaq, neytrallaşdırmaq qətiyyən çətin olmayacaq. Separatçıların hamısını “ov”layacağıq.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)