Türkiyə film sənayesinə zərbə
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
07:05 | 24 iyul 2025 | Cümə axşamı
Məqaləyə 498 dəfə baxılıb
Şriftin ölçüsü
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Səudiyyə Ərəbistanının “Əl-Hadas” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb ki, bugünlərdə Bakıda yenidən Suriya masası qurulacaq, Suriya böhranı üzrə danışıqların növbəti raundu keçiriləcək. İsrail və Suriya razılaşma əldə etmək məqsədilə Azərbaycanda bir araya gələcək.
“Al-Arabia” telekanalı isə bildirib ki, bu danışıqlar ABŞ-ın patronajlığı və Türkiyənin dəstəyi ilə baş tutacaq. Bakı isə danışıqlar üçün ev sahibliyi missiyasını yerinə yetirəcək.
Beləliklə, İsrail və Suriya arasında təhlükəsizlik məsələləri üzrə əlaqə kanalları bərpa olunmaqdadır. İsrail nümayəndə heyəti Bakıda Əs-Süveydada yaşanan gərginliyə də tam aydınlıq gətirməyi planlaşdırır. Türkiyə və Suriya da bu məsələyə nöqtə qoymaq istəyir.
Hazırda Ankara və Dəməşq, həmçinin kürdlərin, druzların və ələvilərin statusunu, eləcə də İsrailin rolunu da əhatə edən regional qarşılıqlı anlaşma barədə danışıqlar aparır.
Çox güman ki, tərəflər Bakıda ortaq məxrəcə gəlməyi, sülh və sabitlik modelini tapmağı bacaracaqlar.
İsrail və Suriya bu modeli tapmağa və anlaşmaya nail olmağa sadəcə və sadəcə məhkumdur. Çünki hərbi qarşıdurma nə İsrailə, nədəki Suriyaya yaxşı perspektiv vəd etmir. Bəzi regional və qlobal aktorlar (o cümlədən, İran və Rusiya) İsrail və Suriyanın yeni hərbi eskalasiyaya sürüklənməsində, hər iki ölkənin yeni müharibə vəziyyətinin girovuna çevrilməsində maraqlıdırlar. Əs-Süveydada yaşanan son qanlı toqquşmalar da elə bu məkrli maraqlardan qaynaqlanır. Ancaq ABŞ və Türkiyə isə bu oyunları pozaraq İsrail və Suriyanı yenidən sülh masasına gətirməyi qərara alıblar.
Bu mənada Bakı görüşünün nəticələri Yaxın Şərqdə yeni geosiyasi reallıqların formalaşmasında önəmli rol oynaya bilər.