Qazaxıstan sağ göstərib sol vurdu
Kremlə gözlənilməz zərbə
12:28 | 22 oktyabr 2025 | Çərşənbə
Məqaləyə 919 dəfə baxılıb
Şriftin ölçüsü
Kremlə gözlənilməz zərbə
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzur dəhlizinin 2028-ci ildə açıla biləcəyini və Azərbaycan ərazisindən Ermənistana aid tranzit yüklərin daşınması (Qazaxıstandan Ermənistana turk buğdası daşınması) üçün icazə verildiyini bildirib.
İyunun 17-də Zəngəzur dəhlizinin açılması və sülh sazişinin ən geci Qələbə günü ərəfəsində (imzalanma daha tez, avqustda baş tutdu) məqamları qeyd etmişdim:
1. Azərbaycan Prezidenti İlham Əliyev: “Zəngəzur dəhlizi mütləq açılacaq”.
2. ABŞ prezidenti Donald Tramp: “Ermənistanla Azərbaycan arasındakı münaqişənin tezliklə həll olunacaq”
3. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen: “Avropalıların əsas məqsədi Cənubi Qafqazda Rusiya və İrandan yan keçərək logistik marşrutlar formalaşdırmaqdır”.
4. Qərb mətbuatı və ABŞ-ın Türkiyədəki səfiri: “ABŞ Ermənistana yüz il müddətinə “dəhliz icarəyə götürməyi” təklif edib və erməni tərəfinin razılaşdığı mövzunu müzakirə edir”.
5. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan: “Ermənistan “Zəngəzur dəhlizi” ilə bağlı mövqeyi daha “çevikdir”.
6. Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan: “Materik Azərbaycanı Naxçıvanla birləşdirən yola “autsorsinq” nəzarəti üzrə danışıqlar mümkündur”.
7. Türkiyə mətbuatı: “ Ermənistanın “yol/dəhliz”lə bağlı suveren hüquqlarının amerikalılara verilməsi ideyasının amerikalılara və ermənilərə Ərdoğan tərəfindən verilib”.
8. Nikol Paşinyanın mətbuat xidmətinin rəhbəri Nazilə Bağdasaryan: “Logistika marşrutlarına nəzarət etmək üçün suveren hüquqların amerikalılara və ya başqasına verilməsi ehtimalı movcud deyil”.
9. Nikol Paşinyan: “Biz avtomobil və dəmir yolları (Zəngəzur dəhlizini nəzərədə tutur) haqqında çox danışırıq, amma qeyd etmək istəyirəm ki, bu kontekstdə biz həm də boru kəmərlərindən, elektrik xətlərindən, kabellərdən danışırıq və bu, yaradılmalı və idarə edilməli olan bir təsərrüfatdır. Söhbət bundan gedir və bizim fikrimizcə, bu, Ermənistanın mülkiyyəti ola bilər. İcarə, o cümlədən torpaq sahəsi çox müzakirə olunur”
Belə çıxır ki, Nikol Paşinyan ilə onun mətbuat katibi Nazilə Bağdasaryan bir-birini cəmi bir gün fərqlə təkzib edirlər.
Ən azından onlardan biri, böyük ehtimalla Nazilə yalan danışır.
İstənilən halda kimin nə deməsindən asılı olmayaraq Zəngəzur dəhlizinin açılması barədə (əslində isə Ermənistan üçün 4-cü kapitulyasiya aktı olacaq) sənəd bu il ərzində, böyük ehtimalla Qələbə günü ərəfəsində imzalanacaq.
Bu gün əzilmiş və döyülmüş Ermənistan heç bir halda Azərbaycanın, Türkiyənin və ümumilikdə bütün Türk dünyasının, Mərkəzi və Orta Asiyanın, Çinin, ABŞ-ın, Avropa Birliyinin, hətta blokadada boğulan Rusiyanın dəstəklədiyi Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmaq imkanına malik deyil.
Bu dəhliz açılmadan isə nəinki sülh sazişi, heç çərçivə sazişi imzalanmayacaq. Kimsə dərin xülyalara qərq olmasın.