Qazaxıstan sağ göstərib sol vurdu
Kremlə gözlənilməz zərbə
16:53 | 5 may 2026 | Çərşənbə axşamı
Məqaləyə 150 dəfə baxılıb
Şriftin ölçüsü
Kremlə gözlənilməz zərbə
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
İtaliyada avtomobil elektron üsulla soyuldu, sığorta ödənişdən imtina etdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
“Beynəlxalq arenada artan qeyri-sabitlik və geosiyasi gərginlik fonunda İtaliya hökumətinin xarici siyasət kursu strateji tərəfdaşlıqların möhkəmləndirilməsinə yönəlib”. Bu sözləri hakim “Fratelli d’Italia” (“İtaliyanın qardaşları”) partiyasının senatoru Simona Petrucci deyib. Onun sözlərinə görə, Baş nazir Corcia Meloninin fəaliyyəti bu istiqamətdə ardıcıl və strateji baxışa əsaslanır.
VAXT.AZ “La voce del Patriota” saytına istinadən xəbər verir ki, Petruccinin sözlərinə görə, etibarlı tərəfdaşlarla münasibətlərin gücləndirilməsi təkcə xarici siyasət seçimi deyil, həm də milli təhlükəsizlik, iqtisadi inkişaf və yeni imkanların yaradılması baxımından zərurətdir. Bu kontekstdə Azərbaycan ilə əlaqələr xüsusi əhəmiyyət kəsb edir.
Senator vurğulayıb ki, Azərbaycanla əməkdaşlıq xüsusilə enerji sahəsində, iqtisadi əlaqələrdə və nəqliyyat-kommunikasiya bağlantılarının inkişafında mühüm rol oynayır. Enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi İtaliyanın qlobal risklərə qarşı daha dayanıqlı olmasına xidmət edir.
Petruccinin fikrincə, Meloni hökuməti konkret nəticələrə yönəlmiş, milli maraqlara əsaslanan və eyni zamanda dialoq və əməkdaşlığı qoruyan siyasət yürüdür. Bu yanaşma İtaliyanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, diplomatik münasibətləri real iqtisadi və sosial nəticələrə çevirməyə imkan verir.
Senatorun qeyd edib ki, mürəkkəb beynəlxalq şəraitdə belə ardıcıl və praqmatik siyasət kursu ölkə üçün sabitlik və etibarlılıq yaradır.